INPRESS PR

Anar Əskərov: “Yerli şirkətlərin PR işçilərinin təcrübəsizliyi…”

Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.

BAKU.WS  modern.az-a istinadən PR üzrə mütəxəssis Anar Əskərovla müsahibəni təqdim edir.

– Ənənəvi olaraq Azərbaycan şirkətləri özünü cəmiyyətə təqdim etmək sahəsinə xüsusi diqqət yetirmirlər. Adətən bir işçi həm PR menecer, həm mətbuatla münasibətlər departamentinin rəhbəri, həm də SMM vəzifələrini icra edir. Sizcə, belə yanaşma doğrudurmu? 
– Azərbaycanda əksər şirkətlər PR işinə dırnaqarası yanaşır. Buna əmin olmaq üçün istənilən vakansiya elanı saytına daxil olub PR mütəxəssisi axtaran hər hansı şirkətin tələb paketinə və işə görə təklif etdiyi əməkhaqqına nəzər yetirmək kifayət edir. Yeri gəlmişkən, gəlin, həmin elanlardan birinə şirkətin adını qeyd etmədən nəzər yetirək:

Yeni rəqəmsal media və sosial şəbəkələrin inkişafı özəl və dövlət müəssisə rəhbərlərinin PR şöbələrinə daha həssas yanaşmaya az -çox səbəb olub. Dövlət təşkilatlarının bir çoxunda isə ictimaiyyətlə əlaqələr şöbəsində çalışan işçilərin əksəriyyətinin PR sahəsində təcrübəsi ya azdır, ya da heç yoxdur. Mətbuatda ara-sıra “Hansısa jurnalistə vəzifə verildi ” tipli başlıqlar, yəqin, rastınıza çıxır.

Jurnalistin PR meneceri postuna dəvət alması normal haldır. Lakin bir çox halda şirkətlər/dövlət müəssisələri jurnalistivəzifəyə onun digər media qurumları, mətbuat işçiləri ilə isti münasibətlərin varlığına görə təyin edirlər. Nəticədə müəssisənin media ilə əlaqələri yaxşılaşır . Lakin PR-ın əsas funksiyası media ilə yox ictimaiyyətlə münasibətlərin qurulmasıdır. Media ilə əlaqələrin qurulması sadəcə PR fəaliyyətinin əsas alətidir. Bu fərq unudulduğu üçün nəticədə müəssisənin PR işi mediaya qədər qurulur.

– Bu gün ölkədə fəaliyyət göstərən şirkətlər özlərini cəmiyyətə doğru-düzgün təqdim edə bilirlərmi? Reputasiyanın qorunması, səlis məlumatın ötürülməsi, yaranan problemlərin həllində şirkətlərin PR departamentləri yararlı fəaliyyət göstərirlərmi?

– Azərbaycanda əhalinin 80 faizdən çoxu internet istifadəçisidir.Texnoloji inkişaf əksər sahələrə təsir etdiyi kimi PR fəaliyyətinə də təsir edib. Şirkətlər də yeniliklərə çevik adaptasiya olmalıdırlar.Bundan əvvəl şirkətlər kim olduqlarını, necə iş gördüklərini özləri deyirdisə, indi bunu şirkət yox, müştəri deyir. Çünki sosial şəbəkələr, bloqlar hər kəsə “səs” verib.

Təcrübə göstərir ki, Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərin PR şöbələri mediada onların fəaliyyəti ilə bağlı baş verəcək krizisə hazır olmurlar. Mövcud risklər mütəmadi analiz olunmalı və gələcəkdə həmin risklərin krizisə çevrilməməsi üçün davamlı və planlı fəaliyyət qurulmalıdır. Krizis baş verən zaman isə təmkinli olmaq, kimin səhv, kimin doğru olduğunu dəqiq analiz edib, nəticəni ictimaiyyətə vaxtında və ən düzgün şəkildə çatdırmaq lazımdır. Təəssüf ki, bir çox yerli şirkətlərin PR işçilərinin təcrübəsizliyi onların reputasiyalarına baha başa gəlir.

– Şirkətlərin daha peşəkar PR qurumlarla işbirliyinə necə baxırsınız?

– Şirkətlər büdcəyə qənaət etmək məqsədi ilə daha çox çalışır PR komandasını “in house”, yəni öz tərkiblərində qursunlar. Yuxarıda da qeyd etdiyim kimi, bu, əksərhallarda “one man show” olur, yəni komanda bir nəfərdən ibarət olur. Lakin illərlə qurulan reputasiya bir krizislə, problemlə və bir günə zədələnib, məhv ola bilər.Bu səbəbdən təcrübəli PR şirkətləri ilə mütəmadi işbirliyi tövsiyə olunur.

Sayta keçid: https://az.baku.ws/economy/56336-anar-skrov-yerli-irktlrin-pr-icilrinin-tcrubsizliyi.html

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Anar Əskərov: “Yerli şirkətlərin PR işçilərinin təcrübəsizliyi…”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: