1) Bakı balaca şəhərdir, hər kəs bir-birini tanıyır.
Aylarla bir-biri ilə rastlaşan lakin salamlaşmayan insanlar üçün şəhərin böyük və ya kiçik olmasının heç bir fərqi yoxdur. Hər gün biz Bakıda 3 qrup arasında hərəkət edirik. 1-ci qrup evimiz və ailəmiz, 2-ci qrup iş yerimiz və iş yoldaşlarımız, 3-cu qrup dostlarımız və müxtəlif məkanlar. Həyatımızı bu 3 qrup arasında keçirərkən o qədər tələsirik ki, həmin zamanı yaşamırıq və o ərəfədə rastlaşdığımiz yad insanları, sakinləri görmürük və ya görmək istəmirik. Nəticədə özümüzü bir birimizə tanıtmaq fürsəti vermirik.
2) Müdirim qabağa getsin, məni də aparacaq.
Bir çox insan karyerasını işlədiyi müəssisədə rəhbərliyin üzərində qurur. Yəni bütün məsuliyyəti özündən götürüb müdirə yönləndirir. Müdir də işçinin yaxşı nəticələri olduqda onu mükafatlandırır, işlər inkişaf etdikcə, işçinin də gəlirini artirir, başqa şirkətə keçdikdə onu özü ilə aparır. Bu halda müxtəlif səbəblərdən müdirin karyerası sona çatanda, işçinin də karyerası bitmiş sayılır.
3) Gözə girməyim, göz dəyər
Ətrafımızda pozitiv və neqativ auraların olduğuna inanıram. Ona da inanıram və ya əminəm ki, biz ətrafa maksimum pozitiv aura ötürdükcə, geri dönüşü də pozitiv olur. Yəni reputasiyamız düzgün və pozitiv qurulduqda mənfi enerjinin təsiri azalır. 🙂
0 comments on “Bizi şəxsi PR və ya Reputasiyamızı qurmaqdan çəkindirən 3 yerli mif”