Şəxsi Reputasiya

Şəxsi Reputasiyanın qurulması zamanı özünə inamın rolu.

Özünə inam şəxsi reputasiyanın və ya şəxsi brendin qurulması prossesində əvəzolunmaz komponentdir.

Özünə inam səviyyəsinin aşağı olması həyatda və karyerada ümumilikdə şəxsi reputasiyaya mənfi təsirlərini vurğulamaqdan əvvəl gəlin bu hissin harada və necə yarandığını müzakirə edək.

Hər şey yumurtadan başlayır. Bir gəncdə özünə inam hissinin
səviyyəsi əvvəlcə böyüdüyü ailədə valideynlərinin bu hisslərin ona necə aşılanmasından başlayır. Uşaq gələcək planlarından həvəslə danışdıqda “Cücəni payızda sayarlar”, “Bircə ondan raziyam ki, özümdən narazıyam” və ya “Ağac nə qədər çox bar versə başını bir o qədər də aşağı salar” kimi bir çox yerli məsəllər səsləndirməklə onda güvənsizlik və gizlənmək hisslərini gücləndirmiş olurlar. Bu da gələcəkdə həmin gəncin şəxsi inkişafını ləngidir.

Valideynlər balanslı şəkildə uşaqlarının əldə etdikləri hər bir uğuru qeyd etməli və onlara bu uğura görə təşəkkür etməlidir. Bu pozitiv yanaşma uşağın gələcəkdə özünə inanan, cəmiyyətə faydalı, sosial və pozitiv reputasiyası olan insan kimi yetişməsinə böyük töhfə verir. Yəni, bu prossesi sürətləndirir.

Uşaqlıqda bu hisslərdən məhrum olan istənilən insan qısa vaxt ərzində düzgün yol və istiqamət götürərək özünə inam hissini gücləndirə bilər. Bu onun rasional və emosional dəyərlərinin səviyyəsindən, məqsədlərindən, seçdiyi sahədə özünü mütəxəssiz hesab etmək üçün atdığı gündəlik addımlardan, daim öz üzrərində çalışmaq və nizam-intizamlı olmaq üçün verdiyi qərarlardan aslıdır. Əldə etdiyimiz hər bir uğuru qeyd edib ətrafa pozitiv və güvənli gülüş bəxş etməklə bu hissi inkişaf etdirə bilərik. Özünü sevmək qəbahət deyil!

Özünə inam səviyyəsinin çox olmasının bir çox neqativ göstəriciləri var. Onlardan ən kritik olanı səsləndirilən hər bir mövzuda yalnız sənin haqlı olduğunu düşünmək və bunu sübut etməyə çalışmaqdır. Başqalarının haqsız olmasını sübut etməkdən zövq almaq özünə inamın ifrata çatmasından xəbər verir. Bu da öz növbəsində şəxsi reputasiyaya mənfi təsir edir.
#Reputationmanagement #modern #Prtools #PRman

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Şəxsi Reputasiyanın qurulması zamanı özünə inamın rolu.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: