PR Şəxsi Reputasiya

Varsansa, niyə yoxsan? (I hissə)

Müasir insan brendlərdən gələn məlumatları nəcə və nə vaxt eşitmək istədiyinə özü qərar verir. Bu günün markaları auditoriyalarına dəyərli olmaq üçün əldə etdikləri məlumatları düzgün alətlərlə ölçməyi bacarmalı, mesajlarını öz auditoryalarına onların gördüyü, oxuduğu, eşitdiyi, bəzən də hiss etdiyi kommunikasiya kanalları ilə ötürməlidir. Bir sözlə, auditoriyaları (müştəriləri, xəstələri, oxucuları, dinləyiciləri və s.) ilə eyni dildə, eyni yerdə danışmalıdırlar.

İnsanlara diqqət cəlb etməyə çalışan yox, həyatlarına dəyər qatanlar maraqlıdır. Auditoriyasına dəyər qatan individual brendlər dərhal fərqlənir, uğurlu olur, məqsədlərinə daha tez çatır və nəticədə gündəlik inkişafdan, təkamüldən zövq aldıqca daha da xoşbəxt olur və yoluna daha da əmin addımlarla davam edir.

Reputasiyanın inkişafı barədə düşünməzdən öncə, aşağıda qeyd etdiyim 2 suala cavab tapmağı bu prossesin ən vacib məqamı sayıram:

1)       Məqsədləriniz: yaxın 1 və ya 5 il müddətində hansı hədəflərə çatmaq istədiyinizi dəqiq müəyyən etmək lazımdır. Hara gedəcəyinizi bilib sonra yola çıxmaq həmin yolu sizin üçün daha maraqlı və daha qərarlı edəcək. Amma burada, unutmayın, yol özü də ən az məqsədləriniz qədər vacibdir, bu barədə isə sonrakı yazılarımda danışacağıq. Qayıdaq mövzumuza, heç bir məqsədiniz yoxdursa, sizə ev tapşırığı: məqsədlərinizi dəqiq müəyyən edin.

2)       Dəyərləriniz: dəyərlərə iki istiqamətdə yanaşmaqda fayda var. Bunlar bizim ətrafımıza bəxş etdiyimiz  rasionalemosional dəyərlərimizdir. Rasional dəyərlərə bizim biliyimiz, təcrübəmiz, hansı sahə üzrə mütəxəssis olmağımız, emosional dəyərlər isə gülüşümüz, həyatımızda olan və ya rastlaşdığımız digər insanlara olan münasibətimiz, maraqlarımız, məşğuliyyətlərimiz aid edilir.

Rasional dəyərləri aydınlaşdırmaq üçün, ilk növbədə, hansı sahədə mütəxəssis olduğunuzu müəyyən edin. Sizə ən yaxın insanlardan sizin hansı peşənin sahibi olduğunuzu soruşduqda onların cavabı nə olur? Əldə etdiyiniz cavablar həm də şəxsi reputasiyanızın ilkin mərhələdə hansı səviyyədə olduğunu müəyyən etməyə kömək edəcək.

Suallar: Filankəs nə işlə məşğuldur? Hansı peşənin sahibidir?

Cavablar sizin işlədiyiniz şirkətin, qurumun adı ilə bağlı olarsa: Filan şirkətdə işləyir. Filan klinikada işləyir. Filan qurumda, nazirlikdə çalışır.

Cavablar sizin rəhbərinizin adı ilə bağlı olarsa: Filankəsin işçisidir və ya bizdə tez-tez eşitdiyimiz filankəsin adamıdır. Filankəsin yanında işləyir. Müavindir, köməkçisidir və s.

Ümümi baxanda bu cavablarda heç bir qeyri adi və ya qəribə bir məqam yoxdur. Lakin məsələyə şəxsin markalaşması baxımından nəzər salsaq, görünür ki, təcrübəmizin, biliyimizin olmasına baxmayaraq, bir çox hallarda bizi özümüzə görə və ya hansı peşənin sahibi olduğumuza görə yox, işlədiyimiz, çalışdığımız quruma və ya həmin qurumların rəhbərlərinə görə tanıyırlar. Belə olan halda, biz hədəf auditoriyamızın qarşısına rasional dəyərlərimizin sahibi kimi çıxmırıq. Bu səbəbdən reputasiyamız başqaları ilə assosiasiya olunur və ya heç olmur.

Əgər cavabların içində sizin hansı peşənin sahibi olmağınız daha çox üstünlük təşkil edirsə və bunu eşitmək sizə xoş gəlirsə, sizdə özünə güvən yaradırsa, deməli düzgün yoldasınız və bu istiqamətdə də davam etmək vacibdir. Misal üçün, Anar PR üzrə mütəxssisdir. Əhməd maliyyəçidir, Pərviz marketinq mütəxəssidir, Xəyal diş həkimidir, Elnarə stilistdir, Gunel psixoloqdur və s.

Ardı var…

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Varsansa, niyə yoxsan? (I hissə)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: