PR Şəxsi Reputasiya

Axtarış platformalarında şəxsi reputasiyanızın ölçülməsinin 4 növü

1) Həcm
Bura axtarış platformalarında sizinlə bağlı ortaya çıxan nəticələrin ümumi həcmi aiddir. Həcm özlüyundə sizə aid açar sözlərin dominantlığını ölçməyə kömək edir. Yəni axtarış zamanı sizinlə eyni ad, soyadda olan şəxsin və ya şəxslərin məlumatlarının nəticələrə hansı səviyyədə təsir etməsi nəzərdə tutulur. Röya adında HR meneceri axtararkən müğənni Röyanın bu nəticələrdə dominantlığını misal çəkmək olar.

2) Uyğunluq
Burada oflayn həyatda özünüz barədə verdiyiniz məlumatlarla onlayn nəticələrin uyğun gəlib-gəlməməsi nəzərdə tutulur. Axtarış platfromalarında sizinlə bağlı çıxan nəticələr cəmiyyətdə özünüzü təqdim edərkən verdiyiniz məlumatlarla eyni olub-olmaması sizi axtaran insanlarda barənizdə rəyin formalaşmasına kömək edir. Misal üçün deyək ki, Əhməd özünü media mütəxəssisi kimi təqdim edir, lakin axtarış platformalarının nəticələrində isə X şirkətin maliyyə meneceri kimi aşkarlanır.

3) Qarışıqlıq
Bura barənizdə ortaya çıxan kontentin tərkibində pozitiv və neqativ məlumatların qarışıqlığı aid edilir. Şəxsi brendiniz məşhurlaşdıqca başqaları tərəfindən haqqınızda paylaşılan məlumat, rəy və şərhlər də artır. Nəzərə alın ki, onlayn reputasiyanız bu rəylər əsasında formalaşır. Misal üçün Samir diş həkimidir və pasientləri onun barəsində sosial şəbəkələrdə şərhlər yazır, rəylərini bildirir, bir neçə uğurlu və ya uğursuz əməliyyatı barədə saytlarda xəbərlər dərc olunur.

4) Müxtəliflik
Barənizdə çıxan kontentin müxtəlifliyi ən vacib amillərdəndir. Burada sizə aid nəticələrin kontentin hansı növlərindən ibarət olması nəzərdə tutulur. Kontentin əsas növlərinə mətn, foto, video və vizual aiddir və bu barədə bildiklərimi növbəti yazılarımda paylaşacam. Misal üçün Əhməd maliyyə mütəxəssisi kimi 3 il bundan öncə çəkdirdiyi foto ilə tez-tez yazılı açıqlamalar verir, məqalələr yazır və bloquna mövzular dərc edir. Nəticədə axtarış platformalarında Əhmədin kontenti yalnız mətndən və bir neçə köhnə fotosundan ibarət olacaq.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Axtarış platformalarında şəxsi reputasiyanızın ölçülməsinin 4 növü

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: