PR strategiyasının hazırlanması ərəfəsində baş tutan iclaslarda ən çox eşitdiyim suallar bunlardır: Anar, mən şəxsi brendimi inkişaf etdirsəm yaxşı olar yoxsa biznes brendimi? Hansı daha yaxşı nəticə verər və daha dayanıqlı olar? Müştərilərim şirkətimi mənə görə tanısın, yoxsa şirkətin öz adına görə? Hansından başlayaq?
Deyimki, yolun başlanğıcında bu sualların ortaya çıxması çox normal və düzgündür. Çünki, verilən qərar əsasında fərqli PR strategiyası və planlar hazırlanır. Hər hansı bir sahənin mütəxəssisi hədəf qrupuna göstərdiyi xidmətlərlə bağlı mesajları şəxsi, yəni öz adı ilə bağlı dəyərlər üzərindən kommunikasiya edib-etməməsinin 4 üstün və 4 mənfi cəhətlərini sadalamaq istəyirəm:
Müsbət:
1) Şəxsi reputasiya üzərindən inkişaf etdirilən brendin mesajı hədəf auditoriyasına daha tez və asan çatdırılır.
2) Brendlə birlikdə paralel olaraq şəxsin özünə məxsus rasional dəyərləri inkişaf edir.
3) Mesajların şəxsi və ya daxili kommunikasiya kanalları vasitəsi ilə ötürülməsi hədəf auditoriyasında xidmətə qarşı güvən və loyallıq yaradır.
4) Şəxsi brend daha çevikdir və göstərilən xidmət uğursuz olduqda istiqaməti dəyişib digər sahələri inkişaf etdirmək mümkündür.
Mənfi:
1) Şəxsi reputasiya üzərindən formalaşmış brendin nəsildən nəsilə keçib eyni templə inkişaf etməsi sual altında olur.
2) Daha geniş kütləyə çıxıb daha çox insana fərdi xidmət göstərmək imkanını məhdudlaşdırır.
3) Brendin inkişafı yolunda şəxsi həyatın və emosional dəyərlərin qurban verilməsi prosesdən əvvəlki qədər zövq almamağa və bədbinliyə gətirib çıxara bilər.
4) Şəxsi brendin qurulması zamanı ötürülən mesajlar auditoriya tərəfindən yanlış qəbul edilə bilər və bu onlarda qısqanclıq, paxıllıq hətta nifrət hissi oyada bilər. Bütün bu mənfi hallarla rastlaşamamaq üçün PR strategiyasını bu sahənin mütəxəssisinə etibar etmək lazımdır 😉
0 comments on “Şəxsi brend yoxsa biznes brendi?”