Şəxsi reputasiyanın inkişafına qərar vermək dildə səsləndiyi kimi asan deyil. Reputasiyanı inkişaf etdirmək həm də özünü inkişaf etdirmək deməkdir. Çünki, istədiyin reputasiyaya nail olmaq üçün məqsədlərinə uyğun irəliləməli, bu yolda dayanmadan öz üzərində çalışmalı və seçdiyin sahəni hər kəsdən daha yaxşı bilməlisən. Bütün bunlara nail olmaq üçün isə ilk növbədə disiplinli olmaq lazımdır.
Disiplin dedikdə, təkcə səhər tez durub məşq edib işə gedib gecə vaxtında yatmağı nəzərdə tutmuram. Disiplin iradəli olmaq və görməyə başladığın istənilən işi ən yüksək səviyyədə sona çatdırmaq deməkdir. Disiplinli olmaq məsuliyyətli və əzmkar olmaq deməkdir. Gün ərzində hər bir fəaliyyəti dəqiq və keyfiyyətli sonlandırıb gün bitənə yaxın özünlə fəxr etmək deməkdir. Bir müddət belə davam etdikdən sonra yaranan öz güvən şəxsi reputasiyanın daha düzgün qurulmasına və məqsədlərinə daha tez çatmağına yüksək təsir göstərməyə başlayır.
Şəxsi reputasiyaların qurulması istiqamətində komandamla birgə bir çox insanlarla ünsiyyətdə oluram. Hər birinin reputasiyası onun yuxarıda qeyd etdiyim keyfiyyətlərinə uyğun inkişaf edir. Çox disiplinli və məsuliyyətli olanlar göstərilən xidmətlərdən dərhal və hətda gözləntilərdən daha tez nəticə əldə edir və uğuru maqnit kimi özünə cəlb etməyə başlayır. Bu prosesdən zövq almağa başlayırlar və bu da onları xoşbəxt edir. Lakin qərarsız və az çevik olanlar boşuna vaxt itirmiş olurlar. Çox maraqlı təcrübədir…
0 comments on “Şəxsi reputasiya və disiplin”