INPRESS

Şəxsi Reputasiyanın 6 Elementindən 3-ü: davamı

Əvvəlki yazılarımdan birində markanızda mövcud olmalı olan əsas elementlərdən 3-ü haqqında danışmışdım. Onlar tam müəyyənləşdirilmiş hədəf auditoriyanız, dəyər təklifiniz və əsas mesajınız idi. İndi isə növbəti 3 element ilə bağlı fikirlərimi sizinlə bölüşəcəyəm.

4.

Əvvəlki 3 element 4-cünün formalaşmasına, yəni markanızın pozisiyalaşmasına kömək edəcək. Bu element qarışıq və səsli-küylü biznes dünyasında sizi işıqlandıracaq. Qısaca desək, pozisiyalaşma hədəf auditoriyanızın düşüncə və təsvirlərində tutduğunuz yerdir. Bu “yer” nə qədər fərqliləşmiş və nə qədər emosional dəyərlərə əsaslanarsa, bir o qədər sarsılmaz olar. Bu səbəbdən əksər güclü markalar fərqliləşmə strategiyalarına yönəlir və öz auditoriyalarına rasional faydalar ilə yanaşı emosional dəyərlər də təklif edirlər. Bunlar yüksək reputasiyalı şəxslər üçün də keçərlidir. Pozisiyalaşma strategiyanızı tərtib etmək üçün müxtəlif mənbələrdən yararlana bilərsiniz. Bunlar auditoriyanızın ehtiyacları ola bilər, onlara çatma yollarınızla bağlı ola bilər və ya təklif etdiyiniz xidmətlərinizlə əlaqələndirilə bilərlər.

5.

Bir sonrakı elementimiz tutarlılıqdır. Markanızı ən çox dəyərdən sala biləcək ünsürlərdən biri onunla, xüsusilə də pozisiyanızla bağlı olmayan işlərə diqqət ayırmanızdır. Fəaliyyətiniz, strategiyanız, mesajlarınız, hətta məqsədləriniz nə qədər tutarlıdır və bir-biriləri ilə nə dərəcədə assosiasiya edilirlər? Bütün bu sadaladıqlarım öz baxışınıza uyğun və əsaslı şəkildə icra edilərsə, və marka siyasətinizdən kənarda işlər görmədikcə daha güclü və davamlı brend imici qazana bilərsiniz.

Qısası, hər dəfə yeni bir iş haqqında düşündükdə, özünüzə bu sualı verin: bu iş markama və baxışlarıma nə qədər uyğundur? Cavabda tərəddüd edirsiniz? Onda həmin fikirdən imtina etməyə tərəddüd etməyin. Əksinə, cavabınız heç şübhəyə yer qoymadan “hə”dirsə, onda dayanmadan irəli…

6.

Sonuncu element Sizsiniz. Şəxsi keyfiyyətləriniz, dəyərləriniz, qüsurlarınız, yerişiniz, gülüşünüz ya da sizi xarakterizə edən hər şey sizin şəxsi markanızın ayrılmaz hissəsidir. Ciddisiniz, ya da şən. Rasionalsınız, ya da emosional. Sakitsiniz, ya da çılğın… Xarakterinizdən gələn xüsusiyyətlər insanların sizi tanımaq üçün ilk istinad etdikləri mənbələrdir. Davranışınızı izləyib sizi bu yolla tanıyırlar, onlarla assosiasiya edirlər. Amma iş bununla da bitmir. Empatiya qurmaq bioloji bir bacarıqdır, insanlar həqiqətən istədikdə bütün maneələri aşıb, hiss etdiklərinizi duya bilərlər. Bu zaman aldada biləcəyiniz yalnız özünüz olarsınız, bu da markanızın sonu deməkdir. Ona görə də əsl baxışlarınıza uyğun və inandığınız yöndə, başqa sözlə desək, özünüzə əsasən markalaşmaq bir zəruriyyətə çevrilir.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Şəxsi Reputasiyanın 6 Elementindən 3-ü: davamı

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: