Dünya dəyişir, imkanlarla dolu rəqəmsal dövrə doğru dəyişir. Artıq real həyatda olmaq hələ var olmaq sayılmır. Gerçək dünyada yaşadıqda insanlar səni görə və eşidə bilər, lakin rəqəmsal dünyada olmadıqda, kölgədə qalırsan. Buradan bir sual yaranır: Varsansa niyə yoxsan?
Kölgədə qalmaqla bağlı digər yazılarımda da qeyd etmişdim. Bu, bizdə uşaqlıqdan formalaşan özgüvən hissinin səviyyəsindən aslı olan bir məqamdır. Özgüvən gündəlik dəyişə bilən, azalan, çoxalan hissdir. Bir gün özgüvən hissin yüksək, növbəti gün isə zəif ola bilər. Bu hissə müxtəlif xarici amillər təsir edə bilir. Lakin onu idarə etmək mümkündür. Bu halda şəxsi brendinizə fokuslanmaq və qoyulan məqsədləri təkrar nəzərdən keçirmək lazımdır. Yolun başlanğıcında qoyduğun məqsədləri yoxlayıb, planlarından yayınmamaq bu hissin təkrar bərpa olunmasına və yola davam etməyinə yardım edəcək. Şəxsi brendin qurulmasını təkbaşına etməyin mümkündür? – Əlbəttə mümkündür! Çünki mümkün olmayan heç nə yoxdur! Lakin dəyişən, qarışıq bir az da eqoist dünyada bunun asan olmadığını da bilirəm.
Bu yolda tək olmayasan deyə Azərbaycanın ilk şəxsi brendlərinin qurulması və qorunması komandasını yaratmışam. Bəziləri risklərə təhlükə deyə bilər, amma biz demirik. Sən də demə! Risklər idarə olunandır, hədəfin bəllidirsə, onlar sadəcə əyləncədir, əsas sükandan möhkəm tut, ya da birlikdə tutaq..!
0 comments on “Varsansa niyə yoxsan?”