INPRESS PR

Bəzi Markalar Öz Liderləri ilə Birlikdə “Ölür”

Təsisçisi olduğum “INPRESS PR Solutions”un internet səhifəsinin Önsözündə yazıldığı kimi “dünya dəyişir”. Dünya dəyişdikcə dəyişənlər də var, birbaşa dünyanı dəyişdirənlər də, ya da hər ikisi eyni anda baş verir. Əlbəttə, heç dəyişməyənlər də var, amma onlar mövzumuz deyil, yəqin ki, bir müddət sonra heç kimin mövzusu olmayacaqlar. Həm dəyişən, həm də dəyişdirən proseslərdən biri PR-dır. Burada PR-ı proses adlandırdım. Bəlkə də, artıq hər şeyi proses adlandırmağın vaxtı gəlib. Bir şey özü proses olmadan necə deyişə bilər ki? PR prosesinin indiki sabit olmayan və dəyişməyə davam edən vəziyyətini çoxları Modern PR adlandırır. Başqa adlar da vermək olar, amma adından daha da vacib olan onun necə idarə edilməsidir. Bir prosesi idarə etmək vasitələr (“tools”) tələb edir. Burada ənənəvi PR-ın ənənəvi vasitələrinə toxunmadan modern PR-ın 3 vasitəsi haqqında fikirlərimi sizinlə bölüşəcəyəm.

1. Kontent marketinq: yəqin ki, çoxunuz artıq bu anlayışın nə olduğunu bilirsiniz. Ənənəvi PR markanı müştərinin büdcəsi hesabına (bu xərclərə əlavə edilir və xərclər də qiymət şəklində müştəri tərəfindən ödənilir) təşviq etmək və yaymaq strategiyası üzərində qurulmuşdusa, modern PR kontent marketinq vasitəsilə öz auditoriyasına onlar üçün faydalı və maraqlı olan müxtəlif növ məzmunlar və dəyərlər təklif edir. Əlbəttə, yenə də xərcləri müştəri ödəyir, yenə də marka təşviq edilir, amma bu dəfə müştəri ödədiyi məbləğ qarşısında əlavə fayda əldə edir. Bu yazıda da bunu etmirəmmi?..

Trendlərdən danışsaq, kontent marketinqə olan diqqət və onun istifadəsi getdikcə artmaqdadır və görünür, o həm PR, həm də marketinq fəaliyyətindəki yerini getdikcə möhkəmləndirəcək.

2. Davamlılıq (“sustainability”): bəlkə də, ölkəmizdə bu məsələ hələ ciddi şəkildə tətbiq edilmir, amma bu da bir prosesdir və zaman keçdikcə öz aktuallığını artırır. İnkişaf etmiş ölkələrdə isə davamlılıq prinsiplərinin tətbiq artıq bir zəruriyyətə çevrilib. Davamlılıq deyəndə sosial dəyərlərəətraf mühitə qarşı məsuliyyətli olmaq, onları qorumaq, təbliğ etmək, cəmiyyətin və təbiətin yaxşılaşmasına töhvə vermək və ümumilikdə, cəmiyyətdəki və təbiətdəki balansın davamlılığını təmin edərək onları arzu edilən şəkildə gələcək nəsillərə çatdırmaq nəzərdə tutulur. Çətin görünməsin, bəlkə də, edə biləcəyimiz ən faydalı iş budur.

Bu mövzuda PR nə edə bilər? Kontent yaratmaqla yanaşı, PR-ın əsas funksiyalarından biri də müxtəlif mövzulu aksiyalar təşkil etməkdir. Modern PR kontent yaradarkən və aksiyalar həyata keçirərkən davamlılıq prinsiplərinə riayət edir və onu təbliğ edir. Bu marka üçün məsuliyyətli olmaq imici yaratdığı kimi cəmiyyətin, xüsusilə də şirkətləri bu mövzuda maariflənməsinəoxşar addımlar atmasına şərait yaradır. Yəni, kontent marketinqdə olduğu kimi modern PR bu vasitə ilə həm marka üçün, həm də auditoriyası üçün fayda yaratmış olur.

3. Lider: böyük şirkətləri, idman klublarını, hətta dövlətləri düşünün. Əksəriyyətinin ən az özləri qədər güclü şəxsi reputasiyaya sahib liderləri yoxdurmu? Hətta bəzi markalar öz liderləri ilə birlikdə “ölür”, ən azından bazarda mövqelərini itirirlər.

Modern PR xidmət etdiyi marka üçün liderlər yaradır və onları auditoriyaya birlikdə təqdim edir. Yəni marka və lider öz oxşar xüsusiyyətləri ilə ortaqlaşdırılır. Dahası, bəzi şirkətlər mövcud liderdən sonrakı mərhələ üçün fərqli marka siyasəti hazırlayır, çünki yeni lider yeni xüsusiyyətlər deməkdir və marka da onunla uyğunlaşmalıdır. Əlbəttə, bu markada radikal dəyişikliklər olacaq demək deyil, şirkətlər adətən öz dəyərlərinə yaxın liderləri işə cəlb edir. Öz şəxsi reputasiyanız haqqında düşünürsünüzsə, bu sualdan başlayın: özümü hansı markanın lideri olaraq görürəm? Ya da bir markanız varsa, sualı fərqli qoyun: lideriniz kimlər ola bilər?

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Bəzi Markalar Öz Liderləri ilə Birlikdə “Ölür”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: