Böhran Kommunikasiyası PR Şəxsi Reputasiya

Gələcək Siyasətdə Şəxsi Reputasiya

Ətrafımızda, dostlarımızın arasında ara-sıra siyasi ambisiyaları olan və ya olmasını özü istəmədən hiss etdirən bir çox insanla rastlaşırıq. Onlarda bu istəyi adətən siyasi baxışlarından, söhbətlərindən və ya sosial şəbəkələrdə mütəmadi etdikləri paylaşımlarından, bir sözlə rəqəmsal (digital) ayaq izlərindən hiss etmək asan olur. Tempinə görə mən şəxsi reputasiyanın qurulmasını iki növə bölürəm: Aktiv və Passiv.

Bu yazımda mesajım aktiv siyasi fəaliyyətlə məşğul olanlara deyil, daha gənc yaşlarda olan, təhsilini siyasi elmlərə yönəldən və 10-15 il sonra siyasi fəaliyyətlə məşğul olmağı planlaşdıran şəxslərədir.

Cəmiyyətimizdə formalaşan stereotiplərə fikir verməsək, siyasətlə məşğul olmağa maraq göstərilməsində heç bir qəbahət yoxdur, çünki nəticədə bu da bir karyera yoludur və rəqabətli siyasi mühitdə uğurlu fürsətə çevrilə bilər. Sadəcə, siyasi karyera daha həssas və ictimai maraqları əks etdirdiyi üçün bu sahədə karyerasını qurmağı planlaşdıran müasir gənc indiki və gələcək reputasiyası ilə bağlı bir çox məqamları düzgün planlaşdırmalıdır.

Rəqəmsal dünyanın inkişafı və orada qoyulan bütün izlər həmin gəncin reputasiyasına 10-15 il sonra heç bir xələl gətirməməlidir. Bunun üçün edilməsi olan 3 məqamı aşağıda sadalayacam.

Passiv PR

  • “Digital footprints”: paylaşımlar, yazılar, məqalələr. Hər bir sosial platformanın öz tərzi və xüsusiyyətləri var. Bu səbəbdən gündəlik paylaşımlar həmin sosial şəbəkənin tərzinə və sizi izləyən şəxslərin maraqlarına uyğun olmalıdır. Gündəmdə olan hadisələrə mövqeyinizi, şərhinizi verməyə tələsməyin. Çünki 10 il sonra oxşar gündəmə mövqeyiniz fərqli olsa, auditoriyanız və ya rəqibləriniz indiki mövqeyinizi yenisi ilə müqayisə edəndə çıxılmaz duruma düşə bilərsiniz. Əgər xüsusi bir məsələyə mövqe bildirmək istəyiniz hədsiz çoxdursa, onda bu mövzunu daxili qruplarınızda – messenger və ya whatsapp qruplarda müzakirə edin.
  • Universitet illərində qoşulduğunuz təşkilatlar və qurumlar. Tələbəlik dövrünün daha səmərəli və aktiv keçirilməsi üçün müxtəlif qurumlar, klublar, dərnəklər, ictimai birliklər, hətta bəzən partiyalar da marağımızı çəkir. Bu tip qruplara üzv olmazdan öncə həmin dərnəklərin sizin baxışlarınıza və ya gələcəkdə göstərəcəyiniz fəaliyyətlər və prinsiplərlə uyğun gəlib- gəlmədiyini ölçüb-biçin.
  • Xarici qrantlar, təhsil qrantları. Müasir dövrümüzdə bir çox şirkətlər və fərdi biznesmenlər hazırda mövzumuz olan reputasiyalarını gücləndirmək məqsədi ilə təhsil almağa ehtiyacı olan gənclərə təqaüd, yardım və ya qrantlar təqdim edirlər. Bu təhsil qrantları ilk baxışdan əvəzolunmaz və həmin gəncin gələcəyi üçün möhtəşəm fürsət kimi görünə bilər. Lakin valideynlərə məsləhətim ondan ibarətdir ki, təhsil qrantını və ya təqaüdünü qəbul etməzdən öncə təqdim edən şirkəti və ya şəxsi ətraflı araşdırın. Çünki hər hansı bir dəstəyi qəbul etməklə siz övladınızın gələcək reputasiyasını həmin şirkətin və ya şəxsin reputasiyasına bağlamış olursunuz.

Hələlik bu qədər… Gələcəkdə görüşərik! 🙂

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Gələcək Siyasətdə Şəxsi Reputasiya

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: