PR

Siz və Markanızın Hekayəsi

Siz daxil hər kəsin, hər markanın bir hekayəsi vardır. Bu hekayədən öz reputasiyanız üçün istifadə etməlisiniz. Niyə? Onlar daha tez viral olur, asan yadda qalır və rahat assosiasiya edilirlər. Elə bu kimi xüsusiyyətlərinə görə hekayələr son dövrlərdə markalaşmanın əsas alətlərindən birinə çevrilib. Əksər hekayəni cəlbedici etmək olar.

Başqa sözlə, hekayədə nə deyildiyindən çox onun necə təsvir edildiyi əhəmiyyətlidir. Lakin bu o demək deyil ki, hekayənizi yazarkən auditoriyanıza təklif edəcəyiniz dəyərləri unudub yalnız üsluba fokuslana bilərsiniz. Qətiyyətlə deyə bilərik ki, belə deyil!

Dəyərlər öz yerində, onlar olmadan marka olmaz. Onda hekayə necə yazılmalı? Cavabını birlikdə tapaq.

İlk cavab tapmalı olduğunuz məqam hekayənizin məqsədidir. Yalnız məqsədinizi təyin etdikdən sonra mövzu üçün xəritə çəkmək olar. Bu zaman unutmamalısınız ki, hekayəniz baxışınız (vision) və pozisiyanızla eyni hədəflərə və kontentə sahib olmalıdır, yəni tutarlılıq prinsipləri burada da əsas tutulmalıdır.

Məqsədlər təyin edildikdən sonra keçə bilərik üsluba və kontentə. Hekayənizi auditoriyanıza müxtəlif yollarla danışa bilərsiniz, amma göstərmək hər zaman daha effektivdir.

Onlara öz missiyanıza – hansı ki, bu insanların ehtiyaclarını qarşılamaq və ya müxtəlif problemləri həll etməkdən ibarətdir – necə çatdığınızı, kimlərə və ya nəyə dəstək olduğunuzu və bunlarla necə qürur duyduğunuzu göstərin.

Amma hekayə missiya ya da marka bəyanı deyil, texniki dildən istifadə etməyin, işə emosiyalarınızı qatın. Kontent üçün aşağıdakı sualları cavablandıra bilərsiniz məsələn:

  • Niyə gördüyünüz işlə məşğulsunuz?
  • Necə bu qərara gəldiniz və necə başladınız?
  • Bu sizin üçün nə qədər vacibdir?
  • Əsas uğursuzluqlarınız nələr olub?
  • Nə zaman və necə “yol”u keçdiyinizi anladınız?
  • Gələcəyi necə görürsünüz? Öz gələcəyinizi deyil, auditoriyanızın gələcəyini!

Cavablarda istər yumoristik olun, istər sentimental, istər realist. Hətta bunları tutarlı bir şəkildə qarışdırmaq da olar. Əsas olan bütün hekayə boyu işinizə və hədəflərinizə olan ehtirasınızı və emosiyalarınızı ortaya qoymaqdır.

Bu da sizi təkcə iş görən və ya bizneslə məşğul olan bir şəxsdən və ya qurumdan fərqləndirəcək, auditoriyanıza yaxınlaşdıracaq və onlarla daha uzun ömürlü inam bağı qurmağa kömək edəcək.

Vaxtı unutmayaq! Hekayə zamanla bağlıdır. Suallara cavab verərkən keçmişi xatırlayın, bugünü vurğulayın, gələcəyi ümid edin!

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Siz və Markanızın Hekayəsi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: