INPRESS PR Şəxsi Reputasiya

Seçki Kampaniyası üçün Namizədlərin Cavablandırmalı Olduğu 5 Sual

Bundan öncəki yazılarımın birində “Gələcək siyasətdə şəxsi reputasiya” ilə bağlı mövzuya toxunmuşdum. Qısaca karyerasını siyasi sahədə sınamaq istəyən şəxslərin öz reputasiyaları ilə bağlı hansı addımları atmalı olduqları barədə fikirlərimi sizlərlə bölüşmüşdüm.

Məlum, seçkilər yaxınlaşır və təbii olaraq bu, son günlərdə ölkəmizdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Ona görə bu yazımda parlament seçkilərinə toxunmaq istəyirəm.

Seçkilərdə özünü sınamaq istəyən gənc namizədlər buradakı 5 suala mütləq cavab tapmalıdır. Onları sizin üçün izah etməyə çalışdım. Həm də qeyd edim ki, burada göstərdiyim cavablar hazırkı real vəziyyətə əsaslanıb, zaman qıtlığı və yeni təcrübələr də nəzərə alınıb.

1. Seçki kampaniyamın məqsədləri nə olmalıdır?

Məqsədlər sizin keçmiş və ya indiki fəaliyyətlərlə bağlı olmalıdır. Yəni, kampaniyanız hazırkı reputasiyanıza uyğun olmalıdır. Əks halda auditoriya sizin mesajlarınızı səmimi qəbul etməyəcək.

Məqsədləri seçərkən, həmçinin, namizəd olduğunuz ərazinin insanlarını tanımalı, onları narahat edən mövzuları araşdırmalısınız. Xüsusi sorğu və araşdırma imkanı olmadığı təqdirdə və zaman qıtlığını nəzərə alıb son bir neçə ildə namizəd olduğunuz ərazi ilə bağlı rəqəmsal mediada yayımlanan şikayətləri, problemləri çeşidləyib vacib məlumatlar əldə edə bilərsiniz.

Məqsədlərinizə emosional dəyərləri də əlavə etməyi unutmayın. Yəni missiyanız təkcə rasional fikirlərlə, məsələn, infrastruktur, iş imkanları və s. kimi mövzularla deyil, həm də, sosial dəyərlərlə yüklü olmalıdır.

2. “Auditoriyam” kimlərdir?

Əlbəttə, namizəd olduğunuz ərazidə yaşayan hər bir kəs sizin auditoriyanıza daxildir. Lakin siz kampaniyanızda onların hamısına fokuslansanız, mesajlarınız çox ümumi və kəsərsiz olacaq. Bu səbəbdən geniş auditoriyanı qruplara bölüb, onlar arasından ən uyğun olanı əsas hədəf kimi görməyə ehtiyac yaranır.

Aşağıdakı qruplara diqqət edin. Onları əsas hədəf auditoriyası kimi görə bilərsiniz.

  1. Seçki kampaniyanızda fokuslandığınız mövzuların həllində birbaşa maraqlı olan auditoriya,
  2. Seçki kampaniyanızda fokuslandığınız mövzuların həllində dolayı yolla rolu olan auditoriya,
  3. Seçki kampaniyanızda fokuslandığınız mövzuların həllində heç bir marağı olmayan auditoriya.

Məhz bu 3 qrup seçiciləri yaxşı tanımaq və kampaniyanızı bu biliklər əsasında hazırlamaq seçki nəticələrində həll edici ola bilər. Bu səbəbdən əsas auditoriyanızın yaşadığı ərazilərdəki insanların maraqlandığı, onların həssas yanaşdığı əsas və ikinci dərəcələri məsələləri düzgün formada kateqoriyalaşdırmağa ehtiyac duyulur.

Seçicilərlə yanaşı daimi auditoriyanızı – hansı ki, onlar sizi uzun müddətdir şəxsi və ya professional keyfiyyətlərinizə görə izləyir – unutmayın! Çünki onlar sizi hər kəsdən daha yaxşı tanıyır və rəqəmsal ayaq izlərinizi xatırlayırlar. Bu şəxslərin sizə münasibəti seçkilərdəki əsas auditoriyanızın qərarlarına birbaşa təsir edə bilər. Həm də, seçkidə uduzmaq da normal haldır. Əsas daimi auditoriyanızı itirməyin. Necə deyərlər: Bu günün sabahı da var.

3. Əsas mesajım nədir?

Məqsədlərinizi və auditoriyanızı dəqiq müəyyən etdikdən sonra bütün fəaliyyətlərinizi əks etdirən açar mesajınızı təyin edin. Açar mesajınız rasional və emosional dəyərlərinizi ən qısa formada əks etdirməlidir.

Kiçik bir sloqan işinizi xeyli asanlaşdıra bilər.

4. Auditoriyamla kommunikasiyanı hansı formada qurum?

Şəxsi reputasiyanın qurulması ilə bağlı digər yazılarda qeyd etdiyim kimi auditoriya ilə əlaqələrin qurulması daxilixarici kommunikasiya kanalları vasitəsi ilə həyata keçirilir.

Daxili kommunikasiya kanallarını seçki kampaniyanıza uyğunlaşdırdıqdan sonra xarici kommunikasiya kanallarını da müəyyən edin. Onları təyin edərkən seçicilərin bu kanalları izləyib izləmədiyini və onlara münasibətini nəzərə almalısınız. Yəni, həmin auditoriyanın xəbərləri və mesajları istehlak etmə vərdişlərini dəqiq araşdırmalısınız.

Hal-hazırda etdiyim müşahidə onu göstərir ki, bir çox namizədlər daha çox daxili kommunikasiya kanallarına fokuslanıb və mesajlarını yuxarıda qeyd etdiyim daimi auditoriyalarına göndərirlər.

5. Seçki kampaniyama cəlb etdiyim komanda üzvlərinin rolları nədən ibarətdir? Komandanızı ən minimal formada aşağıdakı kimi qura bilərsiniz.

  • Seçki kampaniyasının meneceri / Siyasi-Marka üzrə konsultant
  • Auditoriya haqqında məlumatları analiz etməsi üçün analitik
  • Media ilə əlaqələr üzrə koordinator
  • Kontent mütəxəssisi
  • Tədbirlərin, görüşlərin təşkili üzrə mütəxəssis
  • Multimedia mütəxəssisləri
  • Sosial media mütəxəssisi

və ya INPRESS. 😊

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Seçki Kampaniyası üçün Namizədlərin Cavablandırmalı Olduğu 5 Sual

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: