PR

Kütləvi Təşviş: Necə Qarşısı Alınmalı?

Dünyada, ölkədə və ya lokal ərazidə neqativ hadisələr baş verdikdə o mövzu haqqında şayiə və provokasiyaların ardı-arası kəsilmir. Hələ ki, bu hadisə çoxları üçün təhlükə yaradırsa, vaxtında verilməyən reaksiya qarşısıalınmaz neqativ və saxta məlumat axınına səbəb ola bilir.

Koronavirus bu hadisəyə real nümunədir. O, həm də “rəqəmsal virus”a çevrilib bütün dünyanı sardı (viral oldu). Ölkəmizdə də bu haqda dayanmadan müxtəlif provokativ xarakterli yazılar, səslər, videolar paylaşılır.

İnsanların təhlükəli məsələlərə ciddi reaksiya verməsi normal haldır. Hətta, ötən yazılarımın birində bunun səbəblərinə də toxunmuşdum. Buradakı əsas məsələ həmin reaksiyaların şayiələrə, provokasiyalara və təşvişlərə çevrilməsinin qarşısının alınmasıdır.

Bu tərz hallar ilk növbədə məlumatsızlıqdan yaranır. İnsanlarda bir şey haqqında məlumatsızlıq dövrü uzandıqca bizdə yaranan sualları müxtəlif inanclarla doldurmağa çalışırıq. Təbiətimizdən gələn xüsusiyyətlər də bu cavabları adətən mənfi yanaşmalarla yükləyir. Tədricən, öz tapdığımız cavablara o qədər inanırıq ki, onu fakt kimi qəbul etməyə başlayırıq. Nəticə? Artıq öz cavablarımızı digərləri ilə bölüşməyə məhdudiyyət görmürük, çünki o “doğru”dur. Başqa sözlə, bir çox insan gözlənilən təhlükə və neqativ məsələ haqqında öz fikirlərini yayır və şayiələr qarşısıalınmaz vəziyyətə gəlir.

Bəziləri isə məsələnin ciddiliyini başa düşmür, nəticələrini düşünmədən müxtəlif satirik və yumoristik davranışlarla diqqət çəkməyə çalışırlar.

Məlumatsızlığın və belə kütləvi təşvişlərin əsas səbəbi isə informasiyanın etibarlı mənbələr tərəfindən vaxtında ötürülməməsidir. Bu proses nə qədər gecikərsə, şayiələrin çoxalması ilə yanaşı, digər insanların gözləntiləri də dəyişir, müsbət nəticəyə inamları azalır və cəmiyyətdəki panika böyüyür.

Bu səbəbdən kütləvi təhlükə və ya neqativ hallar baş verdikdə etibarlı mənbələr, məsələn, rəsmi qurumlar, aidiyyəti institutlar, beynəlxalq təşkilatlar, həmin sahədə tanınmış ekspertlər lazımi açıqlamanı verməkdə geçikməməli, cəmiyyəti dərhal mövzu haqqında maarifləndirməlidirlər.

Bu prosesdə kütləvi medianın və influenserlərin da üzərinə böyük öhdəlik düşür. Onlar doğru və provokativ məlumatları bir-birindən ayırmalı, ancaq etibarlı mənbələrin verdiyi informasiyaları yaymalıdırlar. Əks halda, vəziyyət daha da idarəolunmaz vəziyyətə gələ bilər.

Qısacası, proses nə qədər çətin görünsə də, əslində həlli sadədir: informasiyanın düzgün idarə olunması və vaxtında reaksiya verilməsi. Böhran menecmentinin bu 2 aləti əksər məsələlərdə olduğu kimi, burada da ən yararlı vasitələrdir.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Kütləvi Təşviş: Necə Qarşısı Alınmalı?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: