PR

Böhran bəzən, risklər isə həmişə var!

Nə qədər yaxşı xidmət göstərdiyimizdən asılı olmayaraq hər zaman bizi böhrana apara biləcək kiçik problemlər, kiçik risklər olur. Mühüm olan isə onların varlığı deyil, ölçülməsi, nəzarətdə saxlanılması və həll edilməsidir.

Ona görə də tez-tez risklərin ölçülməsi, risklərin analizi kimi ifadələrə rast gəlirik. Risklər özü müxtəlif mövzularla bağlı olduğu üçün onların ölçülmə metodları, analizləri də müxtəlif olur. Maliyyə və təhlükəsizlik risklərinin qiymətləndirilməsi edilsə də, edilməsə də, demək olar, hər bir şirkətin diqqətindədir. Elə risklər də var ki, çox vaxt onların ölçülməsi haqqında fikirləşmirik belə, lakin onlarla bağlı hər hansı bir problem yaşandıqda bu digərlərindən daha dağıdıcı olur.

Həmin risklərdən biri də reputasiya ilə bağlıdır. Yəni bir fərdin, şirkətin və ya təşkilatın reputasiyasına mənfi təsir edə biləcək risklərin ölçülməsi. Reputasiya bütün fəaliyyətimizlə bağlı olduğu üçün əslində onunla bağlı riskləri ölçərkən digər sahələrin də risklərini əhatə etmiş, onlar üçün də mümkün həll imkanları yaratmış oluruq.

Məsələn, reputasiya risklərinin ölçülməsi fəaliyyətləri optimallaşdırmağa, səmərəli və səmərəsiz xidmətləri aydınlaşdırmağa, nəyin faydalı, nəyin faydasız olduğunu öyrənməyə, ən əsası isə hədəf auditoriyanın və cəmiyyətin ayrı-ayrı fəaliyyətlərimizə verdiyi reaksiyaları görməyə imkan yaradır.

İş bunlarla bitmir, o həm də makroiqtisadi zəmində baş verən hadisələrin bizə təsirlərini ölçməyə imkan verir. Nəticədə, kənardan gələ biləcək təsirlərə qarşı daha hazırlıqlı oluruq.

Bir sözlə, risklərin ölçülməsi və böhrana qarşı hazırlıq əslində bizi inkişaf etməyə sövq edən ən faydalı metodlardan biridir. Yəni böhran menecmenti deyərkən təkcə problemli hallardan çıxış yolları nəzərdə tutulmamalıdır, əksinə böhran menecmentinin əsas işi böhranın baş verməsinə yol verməməkdir.

Bəs reputasiya risklərinin ölçülməsi necə aparıla bilər?

Bu ölçülərin 2 formada aparılması daha məqsədəuyğun olar. Birincisi, daxildəki problemli halların dəyərləndirilməsidir. Əmin olun, bu daxili risklər gec-tez işinizə birbaşa təsir edəcək və hədəf auditoriyanız daxil digər bütün xarici tərəfdaşlarınızla əlaqələrdə özünü əks etdirəcək.

2-ci forma isə artıq daxili risk olmaqdan çıxmış problemli halların dəyərləndirilməsidir. Cavab verməli olduğumuz ilk sual isə müştərilərin, hədəf kütlənin, medianın və cəmiyyətin bu risklərə necə reaksiya verməsidir. Doğru cavabı tapa bilmək üçün mümkün olduqca daha çox mənbədən mümkün olduqca daha çox məlumat toplamağa ehtiyac duyulur.

Toplanan məlumatların analiz edilməsi və risklərin ölçülməsi isə bir sonrakı mərhələdir. Xüsusilə önə çıxan riskləri fərdi şəkildə qiymətləndirmək, o problemi həll etmək üçün sizə daha çox fayda yaradacaq.

Hazırda yaşadığımız böhran halı risklərin dəyərləndirilməsinin nə qədər vacib olduğunu göstərir. Vaxtında həll etmədiyimiz, diqqət yetirmədiyimiz risklər indi bir-bir qarşımıza çıxır, bəlkə də, düzəlməz problemlərə çevrilirlər.

Yaxşı hal odur ki, risklərə qarşı həssaslığımız artır və ümid edirəm, bu həssaslıq davamlı olacaq.

Biz INPRESS olaraq, fəaliyyətə başladığımız ilk gündən müştərilərimiz üçün yaranan risklərin ölçülməsi və qiymətləndirilməsi məsələlərinə xüsusi diqqət yetirir, onları mümkün problemlər haqqında məlumatlandırmağa və mümkün həll yolları təklif etməyə çalışırıq.

Əlbəttə, bir yerdə dayanmaq olmaz! Biz də mütəmadi olaraq risklərin ölçülməsi metodlarımızı inkişaf etdirir, yeni kateqoriyalı və fərdi risk ölçüləri yaradırıq. Əlbəttə, bu ölçülər toplanan məlumatlara əsaslanır və rəqəmlərlə ifadə olunur. Bu da həmin ölçüləri daha etibarlı edir. Nəticədə, biz və müştərilərimiz böhran hallarına qarşı daha hazırlıqlı oluruq. Vacib olan da məhz budur!

Unutmayın, böhran bəzən, risklər isə həmişə var!

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Böhran bəzən, risklər isə həmişə var!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: