PR

Karantin Rejiminin Ləğvi ilə Bağlı John Hopkins Universiteti Tərəfindən Hazırlanan Təklif

Məlumatların toplanması və onlar əsasında risklərin analiz edilməsi olduqca vacib faktordur. Xüsusilə, böhran dövrlərində bu analizlər həyati əhəmiyyət daşıyır və bizim ən yaxın köməkçimizə çevrilir.

Əvvəlki yazılarımda bu mövzunun həssaslığı haqqında fikirlərimi vurğulamışdım və gələcəkdə də bu mövzuda düşüncələrimi sizlərlə bölüşməyə davam edəcəyəm.

İndi isə COVID-19 virusunun yayılması ərəfəsində məlumatların toplanması və analizində çox aktiv olan və dünyanın ən yaxşı tədqiqat universitetlərindən biri sayılan John Hopkins Universitetinin hazırladığı təlimatının bəzi vacib hissələrini sizinlə paylaşmaq istəyirəm.

“Covıd-19 Dövründə Mərhələli Yenidən Açılma üçün İctimai Sağlamlıq Prinsipləri: Dövlət Rəsmiləri üçün Təlimat” adlanan bu hesabatda virusun yayılmasına qarşı tətbiq edilən karantin qaydalarının tədricən yumşaldılması və ləğv edilməsi istiqamətdə təkliflər verilib.

 

COVID-19 DÖVRÜNDƏ MƏRHƏLƏLİ YENİDƏN AÇILMA ÜÇÜN İCTİMAİ SAĞLAMLIQ PRİNSİPLƏRİ: DÖVLƏT RƏSMİLƏRİ ÜÇÜN TƏLİMAT

John Hoppkins

 Risk Qiymətləndirməsinin Əhəmiyyəti

Risk qiymətləndirmələri karantin müddətinin ləğvi zamanı ətrafındakı qərarlara inteqrasiya edilməlidir. Risk qiymətləndirmələri risk və təhlükələri qiymətləndirmək üçün rəsmiləşdirilmiş proseslərdir. Sosial məsafə tədbirlərinin yüngülləşdirilməsi və iqtisadiyyatın müxtəlif hissələrinin yenidən işə başlamasının risklərini qiymətləndirmək artan yayılma ehtimalının və bu yayılmanın nəticələrinin ölçülməsini tələb edir. Belə bir vəziyyətdə ehtimal sözü insanların toplaşdığı məkanlar, məktəb və ya işlərin yenidən açılması halında virusun yayılma sürətinin artmasına səbəb olması mənasına gəlir. İş, məktəb və ya digər təşkilatlar sosial məsafə tədbirlərini yüngülləşdirərsə və ya tamam ləğv edərsə, artan yayılmanın şəxslərə və ya icmalara təsiri böyüyə bilər.

Bundan əlavə, həm yayılma ehtimalını, həm də onun nəticələrini azalda biləcək yüngülləşdirici tədbirlər mövcuddur. Hər biznes növü üçün həmin təsiri azaltma tədbirlərinin sadalanması bu hesabatın əhatə dairəsindən kənarda qalsa belə, daha sonra bu bölmədə idarəetmə iyerarxiyası vasitəsilə risklərin azaldılması prinsiplərini qısaca təsvir edəcəyik. Mümkün olduqca sənəd boyunca mövcud təlimatın seçilməsinə də toxunmuşuq.

COVID-19-un artan yayılma riskləri xəstəliyin yayılmasını azaltmaq üçün görülən tədbirlərlə xalqın, cəmiyyətin və iqtisadiyyatın rifahı, sağlamlığı risklərinə qarşı balanslaşdırılır. Xəstəliyin yayılmasının artması, sağlamlığa digər təsirləri, dolanışıq üçün təhdidlər və regional iqtisadiyyatlara nəticələri daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaqla, bir sıra amillərə zərərlərin ehtimalı və nəticələri birlikdə nəzərə alınmalıdır.

Ehtimal

SARS-CoV-2-nin yayılma dinamikası ilə bağlı elmi anlayışda hələ çox boşluqlar var. Lakin ilkin yayımlanmış məlumatlar onu göstərirki, SARS-CoV-2-nin yayılması ilk növbədə, uzunmüddətli və yaxın əlaqə yolu ilə baş verir. Məlum hadisəyə məruz qalmış insanları izləyən araşdırmalarda, tez-tez bir-biri ilə əlaqə saxladıqlarını bildirən ailə üzvləri və birlikdə səyahət edən və ya yemək paylaşan insanlar arasında yoluxma riskinin yüksək olduğu aşkar edilmişdir. Təsdiqlənmiş hallar arasında yayılma zəncirlərini yenidən qurmağa cəhd edən digər tədqiqatlar da uzun müddətli yaxın təmasın ən yeni infeksiyaların mənbəyi olduğunu aşkar etmişdir. Daha sürətli yayılma hadisələri digərləri ilə yanaşı dini xidmətlər, xor praktikası və böyük ailə məclisləri ilə əlaqələndirilmişdir. Kruiz gəmiləri, həbsxana müəssisələri və uzunmüddətli qayğı-baxım müəssisələri kimi topluluq mühitləri də geniş yoluxmanın mənbəyi olmuşdur. Bu araşdırmalar yaxın təmasın minimum olduğu mühitlərin uzunmüddətli yaxın təmas mühitlərindən daha aşağı riskli olacağını göstərməkdədir.

Ancaq bunu da qeyd etmək lazımdır ki, aşağı risk heç bir riskin olmadığı demək deyil. İnsanların bir araya gəldikləri və ya ortaq səthlərlə təmas etdiyi hər hansı bir yer nəzəri olaraq yayılma imkanına malik ola bilər. Müxtəlif fəaliyyət növlərinin risklərinin dəqiq kəmiyyət qiymətləndirilməsi mümkün deyil, buna görə də bu hesabatda ekspert nəticələrindən və dərc edilmiş məlumatlardan istifadə edərək keyfiyyətli qiymətləndirmələri təqdim edirik.

Nəticələr

Əsas nəticə cəmiyyəti çökdürə biləcək SARS-CoV-2 artan yayılma riskidir. Daha çox səyahət edən işçiləri və ya müştəriləri olan, yaxud tibbi şərtlər altında COVİD-19 risk faktorlu çoxlu sayda işçiləri və müştəriləri olan, insanları sıx məskunlaşmış məkanlarda bir araya gətirən müəssisələr və ya fəaliyyətlər yenidən açılarsa və yayılma zəncirini daha da gücləndirərsə, daha böyük şəxsi və sosial nəticələr yarana bilər.

Təsirini Azaltma

Təsirini azaltma tədbirləri, təsir dərəcəsini və ya təsir dairəsini minimuma endirməklə artan risk daşıyan halların mənfi təsirlərini azaltmaq üçün görülən tədbirlərdir. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri şəxslər, məktəblər, iş yerləri, inanc-əsaslı təşkilatlar və yaşayış sahələrində toplanma daxil olmaqla, cəmiyyətin bir çox səviyyələrində təsiri azaltma tədbirlərinin həyata keçirilməsinə dair geniş təlimat dərc etmişdir.

Bir iş və ya təşkilat artan yayılma ehtimalı və ya nəticəsi səbəbindən yüksək risk hesab edilsə belə, məqsədli təsirin azaldılması addımları ilə bu riski aşağıya endirmək mümkündür. Lakin bunu da qeyd etmək lazımdır ki, heç bir təsir azaltma addımı riski tamamilə azaltmayacaq. Hətta çoxsaylı təsirlərin azaldılması addımları ilə bəzi müəssisələr və ya təşkilatların pandemiya bitmədikcə açılmasının riski yüksək ola bilər.

Nəzarət iyerarxiyası, Əmək və Sağlamlığın Təhlükəsizliyi Milli İnstitutu (NIOSH) tərəfindən potensial zərərli iş yerlərində təhlükələrin idarə edilməsini müəyyənləşdirmək üçün istifadə olunan bir konsepsiyadır. Bu prinsiplər COVID-19 üçün nəzarətin effektivliyini qiymətləndirmək və bu tədbirlərin yayılma ehtimalını azaltmaq istiqamətində təsir dairəsini anlamaq üçün faydalıdır. NIOSH idarəetmə strukturunun iyerarxiyası aşağıda COVID-19 məqsədləri üçün uyğunlaşdırılmışdır.

Nəzarətin Modefikasiya Edilmiş İyerarxiyası

Modifikasiya edilmiş nəzarət iyerarxiyasından istifadə edərək, COVID-19 təsirini azaltma tədbirləri aşağıdakı kimi görünə bilər:

  • Fiziki məsafə – mümkün olan hər yerdə insanların evdən işləməsi və ya biznesə evdən girişə nail olma; bu, fiziki olaraq iştirak etməsi lazım olan işçilərin sayını minimuma endirmək üçün yenidən strukturlaşdırma öhdəliklərini əhatə etməlidir.
  • Texniki nəzarət – insanlar arasında fiziki maneələr yaratmaq.
  • İnzibati nəzarət – kommunikasiyanı asanlaşdırmaq məqsədilə texnologiyadan istifadə edərək şəxslər arasında təması azaltmaq üçün öhdəliklərin yenidən bölüşdürülməsi.
  • PPE – insanların qeyri-tibbi parça maskaları taxmasına şərait yaratmaq.

Biznesin xüsusi mülahizələrdən asılı olmayaraq, şəxsləri qorumaq üçün yoluxma riskini azaltmaq məqsədilə görülə biləcək tədbirlər vardır:

  • Qeyri-tibbi parça maskalardan istifadə.
  • Mümkün vəziyyətlərdə fiziki barierlər kimi texniki nəzarət tətbiq etmək.
  • İnsanların bir-birindən uzaqda yerləşmələri üçün sahəni yenidən tənzimləmək (ən azı 1.83 metr).
  • İşçilərin özlərini yaxşı hiss etmədikləri və ya xəstə biri ilə yaxın təmasda olduqları təqdirdə evdə qalmalarına imkan yaratmaq və dəstəkləmək.

Təşkilatlar və Xüsusi Mühitlər üçün Riskin Qiymətləndirilməsi 

Bu bölmə aşağıdakı 7 kateqoriya üçün yüksək səviyyəli risk qiymətləndirmələrini təqdim edir: (1) “zəruri olmayan” bizneslər, (2) məktəblər və uşaq baxım müəssisələri, (3) açıq məkanlar, (4) ictimai toplanma məkanları, (5) nəqliyyat, (6) kütləvi toplaşmalar və (7) şəxslərarası görüşlər. Bu kateqoriyaların hər biri 3 ölçüdə qiymətləndirilmişdir: təmas intensivliyi, təmasların sayı və risklərin azaldılması üçün fəaliyyətlərin dəyişdirilə biləcək dərəcəsi (insanlara 1.83 metr məsafəni saxlamaq imkanı verən təsirin azaldılması tədbirləri vasitəsilə). Qeyd edirik ki, bu qiymətləndirmələr keyfiyyətlidir və ekspert rəylərinə əsaslanır. Hal-hazırda kəmiyyət riskinin təbəqələşdirilməsinə imkan verən kifayət qədər detallı məlumat yoxdur. Təəssüflər olsun ki, müxtəlif mühitlərdə sosial məsafəni azaltmaqla ehtimal etdiyimiz risk səviyyələrini öyrənmək üçün təsdiqlənmiş məlumatlar olmazdan əvvəl dövlətlər bəzi iş fəaliyyətlərinin yenidən başlanması barəsində qərar qəbul etməli olacaqlar.

Bu sənədin məqsədləri üçün təmas intensivliyi aşağı, orta və ya yüksək olaraq qiymətləndirildi. Təmas intensivliyini təmas tipinin (yaxından uzağa doğru) və müddətinin (qısa müddətlidən uzun müddətliyə doğru) funksiyası kimi təyin edirik. Aşağı təmas intensivliyi fəaliyyətləri, bir mağazada kiminsə yanından keçmək kimi qısa müddətli və kifayət qədər uzaq olan qarşılıqlı təsirdir. Yüksək təmas intensivliyi fəaliyyətləri, yataqxananı bölüşmək kimi, uzunmüddətli yaxın əlaqəni əhatə edir. Orta təmas intensivliyi fəaliyyətləri, bir neçə metrlə ayrılan oturacaqlarda yemək paylaşmaq kimi bu 2 qütbün arasına təsadüf edir. Əlbəttə ki, 1 iş mühiti daxilində, aşağı səviyyədən orta və yüksək səviyyəyə qədər olan fiziki sahələr və / və ya fəaliyyətlər ola bilər və bunlar qərar qəbulu zamanı nəzərə alınmalıdır.

Təmasların sayını da həmçinin aşağı, orta, yüksək olaraq qiymətləndiririk. Təmasların sayını ortalama olaraq, eyni zamanda mühitdəki insanların təxmini sayı olaraq təyin edirik. Daha çox sayda təmasın daha riskli olduğu ehtimal edilir.

Dəyişdirmə potensialı (təsirin azaldılması tədbirlərinin bu riskləri ala biləcəyi dərəcəsi), riskin azaldılması üçün fəaliyyətin dəyişdirilə biləcəyi dərəcənin keyfiyyətcə qiymətləndirilməsidir. Texniki nəzarət sistemi risk qiymətləndirmələrini məlumatlandırmaq üçün istifadə edilmişdir; Fiziki uzaqlaşdırma və texniki nəzarəti effektiv şəkildə birləşdirə bilən sektorlar və müəssisələr inzibati nəzarət və ya fərdi qoruyucu vasitələrə etibar edənlərə nisbətən daha yüksək modifikasiya potensialına sahib hesab edilmişdir. Təsirin azaldılması addımlarına nələr daxil ola biləcəyinə əsaslanan mövcud təlimat seçimləri ilə əlaqələr də təmin olunur.

Növbəti bölmədə müxtəlif sektorlar üçün yüksək səviyyəli risk qiymətləndirmələri daxil edilmişdir. Heç bir xüsusi qayda ilə siyahıya alınmayıb və siyahı tam əhatəli deyil. Hakim mövqelər və onların komandaları bu risk qiymətləndirmələrini yerli mülahizələrə görə dəyişdirmək istəyə bilər. Son bölmədə bu müəyyənliklərin siyasət qərarlarına daxil edilməsi üçün təklif olunan prinsiplər mövcuddur. Bunlar da yerli konteksti əks etdirmək üçün dəyişdirilməlidir.

 “Zəruri Olmayan” Bizneslər

Məktəblər və Uşaq Baxım Müəssisələri

Məktəblər və uşaq baxımı müəssisələri cəmiyyətlərdə bir çox vacib rol oynayır. Məktəblər uşaqlar yetkinliyə hazırlamaq üçün lazımi təhsili verir. K-12-nin onlayn təhsili məktəb mühitində fərdi öyrənmə və ictimailəşmənin yerini tuta bilməz. Uzunmüddətli bağlanmalar, ehtimal ki, bir çox uşaqlar üçün təhsil boşluqlarına və digər nəticələrə səbəb olacaqdır. Uşaqların təhsilinin kritik funksiyasına əlavə olaraq, məktəblər və uşaq baxımı müəssisələri valideynlərə evdən kənarda işləmə də imkanı verir. Onlar həmçinin xüsusən ehtiyacı olan ailələrə yemək, təhlükəsiz şərait və digər xidmətlər təqdim etdikləri əsas mənbələr rolunu oynayırlar.

Böyüklərə xidmət edən müəssisə və sektorların əksinə, artan yayılmanın nəticələri əsasən uşaqlara xidmət edən mühitlər və fəaliyyətlər üçün potensial olaraq fərqlidir. Uşaqlar böyüklərə nisbətən COVID-19 kimi ciddi xəstəliklərə daha az həssasdırlar. Son hesabat göstərdi ki, ABŞ-da COVID-19 hallarının 2%-dən daha azında uşaqlarda diaqnoz qoyulmuş və bunlar arasında xəstələrin 5,7% -dən 20% -ə qədər xəstəxanaya yerləşdirilməsi tələb olunmuşdur. Xəstəxanaya yerləşdirilməsinin tələb olunduğu uşaqların əksəriyyəti 1 yaşdan kiçik idi. Bu mülahizələr məktəblərin və uşaq baxım müəsssisələrinin yenidən açılmasını dəstəkləməkdədir.

Lakin uşaqların SARSCoV-2 yayılmasında hansı rol oynadığı hələ də məlum deyil. Uşaqlar qrip kimi digər virus xəstəliklərinin yayılmasının daşıyıcılarıdır. Məktəbin erkən və uzun müddət üçün bağlanması hallarında cəmiyyətdə qripin yayılmasının azalması müşahidə edilmişdir. Bəzi sübutlar da var ki, COVID-19 uşaqlarda daha yüngül xəstəlik yaradır və buna görə də yetkinlərə nisbətən daha az aşkar edilə bilər. Ancaq daha dəqiq sübut olmadan, uşaqların COVID-19-u digər şagirdlər, ailələri, müəllimlər və məktəb işçiləri arasında yayılmasındakı rolunu müəyyənləşdirmək çətindir. Bundan əlavə, məktəblər və uşaq baxım müəssisələrində böyüklər işlədiyi üçün onların bəzilərində bu ciddi xəstəliyin riski ola bilər. Bu kimi mülahizələr yenidən açılmanın qarşısını alır.

Bəzi şagirdlərin təhlükəsiz bir şəkildə məktəbə qayıtmalarına mane olan altda yatan tibbi vəziyyətləri ola bilər. Altda yatan tibbi vəziyyətləri olmayan, sağlam digər şagirdlərin, ya şagirdin sağlamlığı ilə əlaqədar narahatlıq ya da infeksiyanı yenidən evə gətirmək və böyüklərə yoluxdurma ehtimalı səbəbindən övladlarının məktəbə qayıtmalarının təhlükəli olduğunu hesab edən valideynlər ola bilər. Məktəblər yenidən açılarsa, məktəbə şəxsən təhsil verməklə yanaşı, məktəbə qayıtmayan şagirdlərə də tele-təhsil verilməsinin lazım olub-olmaması ilə bağlı qərarlar qəbul edilməlidir.

Uşaqların yayılma üzrə rolunu daha yaxşı başa düşmək üçün, virus yükünü yoluxuculuqla əlaqələndirmək üçün aparılan tədqiqatlar kimi, yayılma zəncirlərini yenidən quran tədqiqatlar da aparmaq lazımdır. Hakim mövqelər bu araşdırmanın prioritet olması üçün dövlət səhiyyə departamentləri ilə işləməlidirlər.

 Açıq Məkanlar

Mövcud epidemioloji anlayışa əsaslanaraq, COVID-19-un yayılması açıq məkanlara nisbətən qapalı məkanlarda daha çoxdur. Qapalı məkanlar zəif havalandırmaya malik ola bilər ki, bu da havada olan virus hissəciklərinin açıq havada və ya yaxşı havalandırması olan qapalı məkanlarda olduğundan daha uzun müddət qalmasına və ya sirkulyasiya etməsinə səbəb ola bilər. İnsanlar qapalı məkanlarda bir-birilərinə daha yaxın olmağa meyllidirlər və burada xəstəliyin yayılmasının fomitləri kimi xidmət edə biləcək daha yüksək toxunuşlu səthlər vardır. Buna görə də, qapalı yerlərə nisbətən açıq yerlərdə, xüsusilə də açıq yerlərdə şəxslər arasında məsafə saxlanılarsa, xəstəliyin yayılmasının aşağı riski vardır.

İctimai Toplanma Məkanları

İctimai məkanlar mühüm cəmiyyət faydalarını təmin edir və vətəndaş mərkəzlərindən ibadət yerlərinə qədər dəyişə bilər. Bu məkanlarda risk, xidmət etdikləri əhalinin sayından və məkanın ölçüsündən çox asılıdır.

Nəqliyyat

Nəqliyyat cəmiyyətin fəaliyyətini davam etdirməsi üçün çox vacibdir və kütləvi nəqliyyatın mövcudluğunu məhdudlaşdırmaq az təminatlı əhaliyə təsir göstərir. İctimai nəqliyyatın kifayət qədər yüksək riskli yer olduğunu nəzərə alaraq, nəqliyyat ehtiyatlı şəkildə təsirin azaldılması tədbirləri ilə açılmalıdır.

Kütləvi Toplaşma

Ümumdünya Səhiyyə Təşkilatına görə, kütləvi toplaşma dedikdə,”bir araya gələn insanların sayı o qədər çoxdur ki, baş verdiyi cəmiyyətdə səhiyyə sisteminin planlaşdırma və müdaxilə mənbələrini zədələmə potensialına malik olur” nəzərdə tutulur. Kütləvi sayıla biləcək tədbirin ölçüsü milli və yerli sağlamlıq potensialından və konteksdən asılı ola bilər. Məsələn, davam edən bir xəstəlik kimi, eyni zamanda səhiyyə sisteminə başqa növlər də yerləşdirilərsə, səhiyyə sisteminin həddi əhəmiyyətli dərəcədə aşağı olacaqdır, və buna görə də, tədbirin ölçüsü əhəmiyyətli dərəcədə kiçik ola bilər və buna baxmayaraq, kütləvi toplaşma kimi müəyyən edilə bilər.

Kütləvi toplaşmalar tez-tez beynəlxalq səviyyədə yayılan və ya xəstəliyin beynəlxalq yayılmasına yardım edən yoluxucu xəstəliklərin mənbəyi olmuşdur. Xəstəliklərin yayılma riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün kütləvi toplaşmanın planlaşdırma və əməliyyat mərhələlərində bir sıra ictimai sağlamlıq tədbirləri həyata keçirilə bilsə də, mövcud pandemiya zamanı kütləvi toplaşmanın ortaya çıxardığı COVID-19 yayılma riskinin yüksək olması gözləniləndir. Bu yüksək yayılma riski, kütləvi toplaşmalar zamanı qapalı yerlərdə tez-tez iştirak edən şəxslərin yüksək sıxlığı, daxili və ya beynəlxalq miqyasda yayılma ehtimalı, və insanların çox vaxt kütləvi toplantıda iştirak etmək üçün əhəmiyyətli məsafələr qət edərək yeni qruplar yaratması da daxil olmaqla bir sıra amillərdən qaynaqlanır.

Kütləvi toplaşma təşkilatçıları milli və yerli təlimatlara və məhdudiyyətlərə riayət etməlidirlər. Hazırkı pandemiya mərhələsində, Ağ Ev Coronavirus Task Force 10-dan çox adamın toplaşmasını qadağan etməyi tövsiyə etdi. Ayrı-ayrı dövlətlər qadağan etdikləri yığıncaqların həcmində fərqlənirlər. Bu məhdudiyyətlər qaldırıldıqca və təşkilatçılar böyük tədbirlərə ev sahibliyi etməyə başladıqca, tədbirin yoluxma riskinin səviyyəsini müəyyənləşdirmək və bu riskləri azalda biləcək və ya təsirini endirə bilən modifikasiya sahələrini müəyyənləşdirmək üçün COVID-19 üçün xüsusi risk qiymətləndirməsi aparmalıdırlar. ÜST, digərləri ilə yanaşı, ictimai toplaşmaların təşkilatçılarına risklərin qiymətləndirilməsi və azaldılması vasitələri ilə birlikdə bir sıra texniki təlimat sənədləri təqdim edir.

Şəxslər Arası Görüşlər

Ailə və dostlar arasında görüşlər, o cümlədən toylar, doğum günləri və cənazə mərasimləri böyük şəxsi və ictimai əhəmiyyət daşıyır. Bu tədbirlərdə iştirak etmək, eyni zamanda xəstəliklərin yayılma riskini də daşıyır. COVID-19 hallarının geniş, çox ailəli bölümündə epidemioloji qiymətləndirilməsi aşkar etmişdir ki, cənazə mərasimləri və doğum günü ziyafətlərində iştirak etmək virusun yayılması qaynaqlarındandır.  Qapalı məkanlarda bir-biri ilə sıx qarşılıqlı əlaqədə olma, qucaqlaşmaq və ya öpüşmək, yemək və ya əşyaları paylaşmaq kimi amillər, şəxslər arası görüşlərdə tez-tez rast gəlinən və SARS-CoV-2 yoluxma riskini artıra biləcək hadisələrdəndir. SARS-CoV-2 yoluxma ilə vəfat edən şəxslə fiziki əlaqəni təşviq edən bəzi dəfn adətlərindən də çəkinmək lazımdır. Əhəmiyyətli hadisələrin mədəni dəyərinə hörmət edilərkən, mümkün olduqca yayılma riskini azaltmaq üçün təsirin azaldılması tədbirlərinin həyata keçirilməsinə diqqət edilməlidir. Xüsusilə, CDC, təşkilatçılara iştirakçıların sayını və sıxlığını, altda yatan amillər səbəbi ilə ağır xəstəlik riski yüksək olan insanlara yayılmasını, yerli ictimai xəstəliklərin yayılma səviyyəsini və mümkün olduqca, iştirakçıların sayını azaltma imkanlarını nəzərə almağı tövsiyə edir.

Təklif Olunan Fəaliyyət Prinsipləri

Dövlətlər: (1) yeni yoluxma sayı ən azı 14 gün üçün azaldığı zaman; (2) sürətli diaqnostik testin imkanı, ən azından COVID-19 simptomları olan bütün insanları, o cümlədən yüngül hallar, həmin şəxslərin yaxın təmas etdikləri və vacib işlər görənlər də daxil olmaqla, yoxlamaq üçün kifayət etdiyi zaman; (3) səhiyyə sistemi bütün xəstələrə təhlükəsiz şəkildə qulluq etdiyi, o cümlədən səhiyyə işçilərini üçün müvafiq fərdi qoruyucu vasitələrlə təmin etdiyi zaman; və (4) bütün yeni yoluxma halları və yaxın təmaslar üçün təmas izlənməsini həyata keçirmək məqsədilə kifayət qədər ictimai sağlamlıq potensialı olduğu zaman yenidən açılma prosesinə başlamağı düşünməlidirlər.

Hakim mövqelər fərqli cəmiyyətlərin ehtiyaclarını, imkanlarını və problemlərini daha yaxşı başa düşmək üçün qərar vermə prosesində tərəfdaş qrupları cəlb etməlidirlər.

Yenidən açılma işləri davam etsə belə, uzaqdan işləyə bilənlər bunu davam etdirməlidirlər. Bu, ümumi sosial qarşılıqlı əlaqəni və uzaqdan işləmənin mümkün olduğu iş yerlərində yoluxma riskini azaldacaqdır. Şirkətlər uzaqdan işləmə kimi iş siyasətini və işçiləri xəstə olduqda və ya COVID-19-a məruz qaldıqda evdə qalmağa təşviq edən xəstəlik məzuniyyəti siyasətini tətbiq etməklə sosial məsafəni fəal şəkildə dəstəkləməlidirlər.

İşə qayıdan bütün şəxslər qeyri-tibbi parça maskalar taxmalıdırlar. Bu, virusu həmkarlarına yaymaq ehtimalını azaldacaq.

Hakim mövqelər, karantin rejiminin ləğvini 2 ilə 3 həftəyə ayrılmış fazalarla düşünməlidir. Yenidən açılmanın hər mərhələsindən sonra dövlət səhiyyə işçiləri yeni COVID-19 gündəlik yoluxma hallarının sayı, xəstəxanaya yerləşdirmə və ölümləri  digər sindromlu monitorinq vasitələri ilə diqqətli şəkildə gözdən keçirməlidirlər. Təkrar açılmalar haqqında qərarların nəticələri bu rəqəmlərdə öz əksini taparaq, 2-3 həftə çəkəcəkdir. Bu müddət ərzində yoluxma hallarının sayı, xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayı artarsa, təkrar açılma tədbirləri dayandırılmalı və artan saylara nəzarət etmək üçün addımlar atılmalıdır. Mümkün tədbirlərə, yoluxma hallarının aşkarlanmasında və təmasların izlənməsində dəyişikliklər, yeni baş vermiş hallara cavab tədbirləri və zərurət yarandıqda, əvvəllər azaldılmış sosial məsafələrin bir hissəsini və ya hamısını yenidən tətbiq etmək daxildir.

Açıq havada olan təşkilatlar və fəaliyyətlər qapalı şəkildə keçirilən fəaliyyətlərə nisbətən daha az yayılma ilə nəticələnir və bütün fərdi təsirin azaltma tədbirlərinə (1.83 metr məsafə saxlamaq, cəmiyyətdə içərisində qeyri-tibbi parça maskaları taxmaq) əməl olunmaqla ən az risk daşıdığı müşahidə olunur.

Yayılma potensialını azaldacaq şəkildə təmas intensivliyi, təmas sayının azlığı və əməliyyatları dəyişdirmək üçün yüksək potensialı olan bizneslər və sektorlar, bu potensiala sahib olmayanlardan daha tez və tam olaraq yenidən açılmaq üçün daha etibarlı olacaqdır.

İctimai nəqliyyatda normal olaraq, yüksək təmas intensivliyi və yüksək təmas sayı olduğu üçün, onları daha təhlükəsiz etmək üçün dəyişikliklər edilməlidir. Sərnişinləri az olan insanlar arasında daha böyük məsafələrin olması riskləri azaldacaqdır. İctimai nəqliyyat olmadan çox insan ümumiyyətlə işə gedə bilməyəcək.

Məktəblər və uşaq baxım müəssisələri xüsusi problemlər yaradır. Onlar uşaqların təhsili üçün çox vacibdir və məktəblərdə dərslər olmazsa, bir çox valideyn işə qayıtmaqda çətinlik çəkəcəkdir. Bu qərarı çətinləşdirən bir çox elmi qeyri-müəyyənliklər var. COVID-19-a yoluxmuş uşaqlar, ümumiyyətlə, yetkinlərə nisbətən xəstəliyi daha yüngül simptomlarla keçirdiyi müəyyən olunmuşdur, lakin xəstəliyi digər uşaqlara, müəllimlərə, məktəb işçilərinə və ailə üzvlərinə hansı dərəcədə yaymaq nisbəti məlum deyil. Məktəblər yenidən açılarsa, əksər uşaqların özləri ciddi yoluxma riski altına düşəcəklər. Bununla birlikdə, bəzi uşaqların risklərini artıran altda yatan amillər də ola biləcək və bəzi müəllimlər, işçilər yüksək risk altında olacaqdır. Uşaqlar yoluxub xəstəliyi evlərinə də daşıya bilər, bu zaman onların valideynləri də yüksək riskə məruz qala bilərlər. Bəzi valideynlər övladlarını məktəbə buraxmamaq kimi seçim də edə bilərlər, buna görə yenidən açılmış məktəblər onlayn təhsili təklif edib-etməyəcəklərinə qərar verməlidirlər. Dövlətlər bu qeyri-müəyyənliklərə əsaslanaraq, məktəbin yenidən açılması haqqında hansı qərarı qəbul etməklə əlaqəli öz qərar qəbuletmə proseslərinə və cəmiyyətin iştirakına da ehtiyac duyacaqlar.

NƏTİCƏ

Bu sənəd, nə vaxt və necə tədricən karantin rejiminin ləğvinə qərar verən hakim mövqelərin nəzərə almaları lazım olan mülahizələri, riskləri və imkanları ümumiləşdirir. Bu qərarlar xəstəliyin yenidən ortaya çıxma riskini məhdudlaşdırmaq üçün diqqətlə və düşünülmüş şəkildə qəbul edilməlidir. Bizneslərin yenidən açılması bu pandemiyadan çıxış yolunda nəzərdən keçirilməli olan bir çox addımdan yalnız biridir.

“Zəruri olmayan bizneslər” dövlət tərəfindən, ictimai fəaliyyət üçün kritik önəm daşıyan və açıq qalmalarına icazə verilən bizneslərlə müvəqqəti olaraq bağlanmaları istənilən bizneslərin ayırd edilməsi üçün istifadə edilən termindir.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Karantin Rejiminin Ləğvi ilə Bağlı John Hopkins Universiteti Tərəfindən Hazırlanan Təklif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: