Böhran Kommunikasiyası INPRESS

Media Məlumatları Manipulyasiya Etmir, Problemləri İşıqlandırır

Media nələrə diqqət edir?

Əgər sizinlə və ya təmsil etdiyiniz qurumla bağlı neqativ məlumatlara fokuslandığını düşünürsünüzsə, əslində haqlısınız. Xüsusilə də, bu mövzular şəxsi xarakterlidirsə, onların diqqəti daha da artır. Amma… Bu o demək deyil ki, media bunu qəsdən edir və ya ancaq neqativlər haqqında danışır.

Bəzi partizan və reket xəbər saytlarını çıxsaq, əksər media qurumları, həqiqətən baş verən problemlər haqqında danışırlar. Bunu isə bizə qarşı bir addım kimi görmək yanlışdır. Əksinə, onlar bəzən özümüzün xəbərsiz olduğumuz problemləri tapıb göstərirlər ki, ona görə onlara minnətdar olmalıyıq. Bəzən isə bildiyimiz, amma həll etməyə həvəsli olmadığımız məsələləri işıqlandırırlar, bu da həmin problemə daha ciddi yanaşmağımıza səbəb olur.

İndi isə gələk əsas bildirmək istədiyim mövzuya.

İllərdir PR və reputasiya menecmenti üzrə konsultasiya verirəm. İşimin, eləcə də, şəxsi marağımın böyük bir hissəsini də risklərin (reputasiya üçün olan) ölçülməsi və böhranların idarə edilməsi təşkil edir. Bu səbəbdən uzun illərdir medianın müxtəlif şəxslər və ya qurumlar haqqında yayımladığı neqativ məlumatları izləyirəm.

Bu illər ərzində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, məni təəccübləndirən və təəssüfləndirən əsas məsələlərdən biri də bir çox yerli şirkət (istər böyük, istər orta, istərsə də kiçik ölçülü olsun) və ya dövlət qurumları ilə bağlı mediada çıxan neqativ məlumatlara verilən reaksiyalar arasında bu kimi məlumatların qəsdən işıqlandırıldığını və bunun sifariş əsasında baş verdiyini düşünənlərin çox olmasıdır.

Nəticədə, onlar medianın diqqət çəkdiyi problemin gerçək səbəbini araşdırmağa və onu həll etməyə meyl göstərmir, əksinə, ya susurlar, ya da həmin məlumatlara qarşı təkcə açıqlamalar verməklə işi həll etdiklərini düşünürlər.

Bu yanaşma nəyə səbəb olur? Cavab çox sadədir: həmin şəxslər və ya qurumlar haqqında təkrar-təkrar oxşar mövzularda neqativ tərkibli kontentlərə rast gəlirik. Çünki onlar problemi həll etmək əvəzinə, özlərini problemin olmadığına, məlumatların manipulyasiya edildiyinə inandırmağa çalışırlar. Problem isə davam edir, media onu görür və yenidən işıqlandırır…

Yəni, susmaq həll, açıqlama isə kifayət deyil! Böhran həm də inkişaf etmək üçün bir fürsətdir. Problemi həll edərək diqqətlər üzərinizdə ikən səsinizi daha da gücləndirə, özünüzü daha çevik və məsuliyyətli göstərə bilərsiniz.

Məlumatların bilərəkdən manipulyasiya edilməsi hər zaman aktual bir mövzudur, lakin onu əsas gətirərək yayımlanan neqativ məlumatları və onların qaynaqlandığı problemləri görməzdən gəlmək yol verilməzdir.

Yalnız özümüzü problemin ilk qaynağı kimi gördükdə inkişaf edə, ancaq bu yolla problemlərimizi həqiqətən başa düşüb, onları həll edə bilərik!

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Media Məlumatları Manipulyasiya Etmir, Problemləri İşıqlandırır

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: