PR

Cəmiyyəti öyrənmək: Sosial Kibertəhlükəsizlik niyə vacibdir?

Cəmiyyətimizi təşkil edən fərdlər durmadan öz gündəlik fəaliyyətlərini, fikirlərini, mövqelərini, təcrübələrini və ən əsası hisslərini başqaları ilə bölüşürlər. Keçmişdə bu yalnız üzbəüz, məktub, daha sonra teleqram və telefon vasitəsilə həyata keçirilirdi. Yəni bu bölüşüm ancaq qarşılıqlı olurdu. Cəmiyyətdə söz sahibi insanlar isə müxtəlif tədbirlər, yığıncaqlar, sonralar isə media vasitəsilə öz təəssüratlarını böyük kütləyə çatdıra bilirdi. Belə bir dövrdə idarəçi şəxslər üçün (istər dövlət, istər cəmiyyətə məhsul və ya xidmət təklif edən müəssisələrin idarəçiləri) insanları dinləmək həm asan idi, ona görə ki, özünü ifadənin həm həcmi, həm də miqyası böyük deyildi; həm çətin idi, ona görə ki, sosial psixologiyanı ölçmək üçün vasitələr az idi.

İndi isə nə baş verir?

Sosial medianın gəlişi ilə təəssüratlarını və təcrübələrini ancaq qarşılıqlı bir və ya bir neçə şəxslə bölüşmə dövrü geridə qaldı. Daha da vacibi, artıq bunlar şifahi deyil, yazılı (foto, video, səs yazısı və s. də buraya daxildir) ifadə edilir. Yəni həyatımızla, mövqemizlə bağlı hər bir şeyin qeydiyyatını rəqəmsal dünyada aparmış oluruq. Nəticədə rəqəmsal dünyada “sonsuz” bir sosial informasiya bazası formalaşır. İnformasiya varsa, onu hər zaman analiz edənlər və ya onu öz maraqları üçün idarə edənlər də olur. Zaman-zaman yaranan hər yeni sosial platformanın əsas məqsədi adətən daha böyük kütləni əhatə etmək, daha çox istifadəçi cəlb etmək, istifadəçiləri bu platformalarda daha çox vaxt sərf etməyə, başqa sözlə daha çox məlumat paylaşmağa sövq etmək və bu məqsədlər üçün həllər axtarmaq, tətbiq etməkdən ibarət olur.

İnformasiyanın yaradılması və yayılmasının sadələşməsi, ucuzlaşması və sərhədləri aşması müxtəlif cəmiyyətlərin daha güclü maraqlı qruplar tərəfindən həmin məlumatlar vasitəsilə manipulyasiya edilməsini və alqoritmlər vasitəsi ilə yönləndirilməsini də asanlaşdırıb. Keçmişdə hər hansı maraqlı tərəfin bir ölkənin müxtəlif sosial təbəqələrinə təsir etməsi üçün ən azından həmin ölkənin kütləvi informasiya vasitələrinə çıxış imkanına sahib olması lazım idisə, indi bu fəaliyyətləri dünyanın istənilən nöqtəsindən saxta xəbərlər, saxta profillər, botlar, texnoloji alətlər və alqoritimlər vasitəsi ilə həyata keçirmək mümkündür.

Anar Əsgərov

Bu tip xarici və daxili müdaxilələrlə mübarizə fəaliyyətinin texinki adı Sosial Kibertəhlükəsizlikdir. Bəs sosial kibertəhlükəsizliyin ənənəvi kibertəhlükəsizlikdən fərqi nədir? Ənənəvi kibertəhlükəsizlik hər hansı şəxsin texnologiyaya və ya informasiyaya kənar hücumu və müdaxiləsi ilə mübarizə fəaliyyətini əhatə edir. Burada hücüm edilən hədəf informasiyadır. Sosial kibertəhlükəsizlik isə hər hansı bir şəxsin və ya şəxslərin texnologiyalar vasitəsi ilə digər insanların davranışlarına neqativ müdaxiləsi ilə münbarizə aparır. Burada isə hədəf konkret rəqəmsal auditoriyada olan insanlardır. Kiber hücum zamanı əsas hədəf informasiyanı qoruyan texnologiyada ən zəif nöqtəni tapmaqdırsa, sosial kiber hücum zamanı da müdaxilələr əsasən həmin cəmiyyətin ən riskli qruplarına və onlar üçün ən həssas mövzular, problemlər vasitəsi ilə manipulyasiya edilir.

İnsanlar sürətlə artan informasiyaların içində qarşılarına çıxan məlumatların hansının doğru hansının saxta olmasını müəyyən etmək üçün sosial sübutlar (social proof) tapmaq məcburiyyətində qalırlar.

Araşdırmalar göstərir ki, sosial sübutun 5 müxtəlif növü var:

1) ekspert rəyi

2) məşhur rəyi

3) istifadəçi rəyi

4) dostların rəyi

5) kütlənin rəyi

Araşdırmalar onu göstərir ki, kütləvi sosial kiber hücumlar cəmiyyətin fikirlərini manipulyasiya etmək üçün əsasən kütlənin rəyinə saxta profillər və botlar vasitəsilə müdaxilə etməklə aparılır. Botlar, saxta profillər daha da şəbəkələşərək real istifadəçilərin, riskli qrupların dostluqlarına daxil olurlar və lazım olan məqamlarda mesajlarını daha geniş kütləyə yayılmasını təmin edirlər. Bir çox hallarda cəmiyyətin həssas yanaşdığı mövzulara nifrət çıxışları (hate speech) ilə münasibət bildirməklə real cəmiyyətdə çaşqınlıq yaradırlar. Harvard Business School-un 2018-ci ildə həyata keçirdiyi araşdırmada (hesabata keçid) müəyyən edilmişdir ki, insanlar alqoritimlərin təqdim etdiyi rəylərə, məsləhətlərə insan rəylərindən, məsləhətlərindən daha çox güvənirlər və bu güvən getdikcə artmaqdadır.

Məsələnin narahat edici tərəfi ondadır ki, insanların alqoritmlərin təqdim etdiyi məsləhətlərə etibarının artması texnloji korporasiyaların və qurumların getdikcə bu güvəndən sui-istifadə etmə və məlumatların daha çox manipulyasiya edilməsi ehtimalını da artırır.

Sosial kibertəhlükəsizlik bu tip informasiyaların toplanılması, təsnifatı, analizi ilə məşğul olmaq və zərərli məlumatları müəyyən etmək məqsədilə aparılan fəaliyyət növüdür. ABŞ Milli Elmlər Akademiyasının qeyd etdiyi kimi, bu fenomen tətbiqi, empirik sosial elmdir və 2 əsas məqsədə sahibdir. Bunlar:

– İnsan davranışlarında, sosial, mədəni və siyasi proseslərdə baş verən kiberyönümlü dəyişiklikləri xarakterizə edir, izah edir və təxmin edir.

– Cəmiyyətin əsas xüsusiyyətlərini kiber-yönümlü informasiya mühitində daha davamlı edən sosial kiberinfrastruktur qurur. Burada adı keçən kiber-yönümlü 3 informasiya mühiti dəyişən şərtlər, aktual və qaçılmaz sosial kibertəhlükələr və kiber-yönümlü təhlükələrlə xarakterizə olunur.

Artıq bu sahədə işləyən kifayət qədər ixtisaslaşmış, böyük şirkətlər və təşkilatlar var.

Sosial kibertəhlükəsizliyin tərkibində olan sosial dinləmə vasitəsi ilə həmçinin cəmiyyətin öz səsini, istəklərini və ya tələblərini kənar müdaxilələrdən ayıraraq sosial ictimai maraqların qorunması və müdafiəsi funksiyasını da həyata keçirir.

Bir qədər keçmişə getsək, görərik ki, cəmiyyətin marağının təmin edilməsində 4 tərəf olub. Bunlar:

1. Cəmiyyətin özü: marağını bu və ya digər yolla ifadə edir.

2. Vasitəçilər, QHT-lər, siyasi və sosial təşkilatlar, tədqiqat institutları və s.: cəmiyyətin marağını müəyyən edir, səsləndirir, ictimailəşdirir və qoruyur.

3. Media: cəmiyyətin marağını daha geniş kütləyə və dövlətə çatdırır.

4. Dövlət: cəmiyyətin marağını təmin edir.

Hazırda isə yeni tərəfin mövcudluğundan və vacibliyindən danışmaq olar. Bu məhz sosial kibertəhlükəsizlik və onun təkribində sosial analitika fəaliyyətidir. O, rəqəmsal dünyada cəmiyyətin marağını analiz etmək, kənar müdaxilələrdən çeşidləmək/qorumaq və məlumatları aidiyyatı qurumlara çatdırmaqla misilsiz imkanlar yaradır. Bu tip qurumlar və təşkilatlar analitik fəaliyyətlə yanaşı həmçinin cəmiyyətin zərərli məlumatlar və kənar müdaxilələrə qarşı mübarizədə iştirakını və bu istiqamətdə maarifləndirilməsini təmin edir.

Müəllif: Anar Əsgərov

Müəllif haqqında: Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” şirkətinin təsisçisi və CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.

https://marja.az/70117/cemiyyeti-oyrenmek-sosial-kibertehlukesizlik-niye-vacibdir

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Cəmiyyəti öyrənmək: Sosial Kibertəhlükəsizlik niyə vacibdir?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: