PR

“Bizim reklama, PR-a ehtiyacımız yoxdur!”

Yəqin həmkarlarım da mənimlə razılaşar ki, söhbət marketinq və ya PR-dan başlayanda orta statistik azərbaycanlı sahibkarların ən çox səsləndirdiyi cümlə, məhz budur. Bəli, təəssüf ki belədir. Onların əksəriyyəti reklama və ya marketinqə dırnaqarası, pul itkisi və ya mənasız zaman sərfiyyatı kimi baxır. Bu postumda sahibkarları belə düşünməyə vadar edən əsas yerli səbəbləri sadalamağa çalışacağam.

  1. Keçmişdə pis təcrübə

Digər sahələrdə olduğu kimi, marketinq və PR sahəsində də işini düzgün görə bilməyən, müştərilərində səhv gözləntilər formalaşdıran şirkətlər çoxdur.  Həvəslə və böyük gözləntilərlə başladılan Marketinq və ya  PR kampaniyalarına sərf olunan investisiyalar nəinki geri qayıtmır, hətta bəzən şirkət üçün böyük böhrana çevrilə bilir.

2. “Otkat”, “Şapka” problemi

Sahibkarların bir çoxunun şirkətdaxili (in house) marketinq komandası qurmaq istiqamətində uğursuz cəhdləri sözügedən sahəyə gələcəkdə daha az sərmayə etmələrinə təsir edir. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin tez-tez iş yeri dəyişməsi və aparılan digər müşahidələr onu göstərir ki, sahibkarların sözügedən komandalara qarşı inamları azdır. İnamın az olmasına ən ciddi təsir edən səbəb əksər yerli marketinq və PR “mütəxəssis”lərin müəyyən müddətdən sonra marketinq fəaliyyətlərində satınalma prosesini şəffaf aparmamasıdır. Bu tip sui-istifadə halları sahibkarda marketinq və PR komandalarına qarşı etibarı azaldır.

3. Nə verdik? Nə qazandıq? Nəticələrin dəqiq təsvir edilməməsi

Bir çox marketinq və PR təkliflərinin detallı nəticələri, qoyulan investisiyanın maddi və ya qeyri-maddi formada geri dönüşü dəqiq təsvir edilmir. Belə olan halda sahibkar risk etməmək qərarına üstünlük verir.

Bütün bunlara baxmayaraq, ölkəmizdə öz sahəsində peşəkar olan marketinq və PR mütəxəssisləri var ki, onlar yuxarıda sadaladığım problemlər və stereotiplərə rəğmən davamlı olaraq xidmət göstərdikləri şirkətlərə və brendlərə dəyər qatırlar. Forbes araşdırmaları göstərir ki, uğurlu marketinq strategiyası və investisiyalar şirkətin dəyərinin 50 %-dən çox artmasına töhvə verə bilər.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on ““Bizim reklama, PR-a ehtiyacımız yoxdur!”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: