Şəxsi Reputasiya

Hər kəsin xoşuna gəlməyə çalışmayın!

Belə bir məsəl var: “Gözəl səsinizi ancaq hamamın divarları eşidəcəksə, nəyə lazımdır o gözəl səs?!”

Şəxsi brendin qurulması istiqamətində görməli olduğumuz əsas işlərdən biri də hədəf kütlələrinin dəqiq müəyyən edilməsidir. Hədəf kütləsi dedikdə,Şəxsi reputasiyanın qurulması zamanı qısamüddətli və uzunmüddətli məqsədlərə çatmaq üçün rasional və emosianal dəyərlərin kommunikasiya edildiyi kütlələr nəzərdə tutulur.

Hər kəsin xoşuna gəlməyə çalışmayın!

Şəxsi brendinqin qurulması üçün mesajlarınızı hər kəsə göndərməyə çalışmayın. Auditoriyaya ümumi yanaşdıqda resurslarınızı boşa sərf etmiş olacaqsınız və nəticələr gecikdikcə özgüvəniniz artmaq əvəzinə azalacaq. Bu da sizi kontent yaratmaqdan, paylaşmaqdan usandıracaq. Səbirli olun və təsir etmək istədiyiniz hədəf kütlələrini dəqiq müəyyən edin. Necə?

Şəxsi reputasiyanızı, şəxsi brendizini qurmaq üçün dəyərlərinizi kommunikasiya edəcəyiniz əsas 3 hədəf kütləsi var:

  1. Əsas hədəf kütləsi:
  2. Kimlərin diqqətini cəlb etmək istəyirsiniz?
  3. Paylaşmaq istədiyin rasional dəyərlər kimlər üçün maraqlı olacaq və ya bundan kimlər faydalanacaq?
  4. Paylaşmaq istədiyiniz emosional dəyərlər kimlərə təsir edəcək?
  • Məqsədlərinizlə bağlı qərar verən kütlə:
  • Qısamüddətli məqsədlərinizlə bağlı qərar verənlər kimlərdir?
  • Uzunmüddətli məqsədlərinizlə bağlı qərar verənlər kimlərdir?
  • Məqsədlərinizlə bağlı qərar verən kütləyə təsir edən kütlə:
  • Qərar verənlərin yaxınları, dostları.
  • Qərar verənlərin iş yoldaşları, partnyorları.

Hədəf kütlənin dəyişməsi aşağıdakı 3 halda baş verə bilər:

  1. Məqsədlər dəyişə bilər: bu zaman hədəf auditoriya yenidən nəzərdən keçirilməlidir.
  • Hədəf kütləsinin xüsusiyyətləri, yanaşmaları dəyişir: Həmin yanaşmalar öyrənilməli, strategiya ona uyğunlaşdırılmalıdır.
  • Hədəf kütlədəki insanlar tamamilə başqa qrup insanlarla əvəz oluna bilər: Bu halda yeni qrup başdan analiz edilib, öyrənilməlidir.

Yerli yanaşma:

Bizdə insanlar əsasən məqsədləri ilə bağlı qərar verən hədəf kütlələri ilə vaxt itirmədən real həyatda əlaqəyə keçməyə çalışırlar. Özlərinin və ya yaxınlarının mesajlarını hansısa ənənəvi vasitələrlə ötürüb, sonra gözləyirlər. Bəzən əllərinə keçən kommunikasiya kanallarından birbaşa əsas hədəf kütlələrinə səslənirlər. Məqsədə nail olan kimi və ya konfort zonaya çatan anda isə kölgəyə keçirlər. Bəli, belə qısa yollarla bəlkə də məqsədə tez çatmaq olar, bəs sonra?…

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Hər kəsin xoşuna gəlməyə çalışmayın!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: