PR Şəxsi Reputasiya

Axtarılarkən tapılmaq vacibdirsə, axtaranları düzgün qarşılamaq ondan da vacibdir!

Real həyatda ilk dəfə tanış olduğumuz insanlar üçün yaratdığımız ilkin təəssüratın əhəmiyyətini bilirik. Rəqəmsal dünyada da reputasiyamızın gələcəyi axtarış platformaları vasitəsilə bizi axtaran insanların qarşısına çıxan ilkin məlumatların olmasından və necə olmasından aslıdır.

Burada ilk şərt axtarılarkən tapılmaqdır. Vaxt itirmədən, elə indicə öz ad və soyadınızı (çox həvəslinizsə, yanına peşənizi də əlavə edə bilərsiniz) “Google” axtarış platformasında və “Youtube”-da yazın.

Qarşınıza heç bir məlumat çıxmırsa və ya eyni ad soyadı daşıyan başqa insan (lar) çıxırsa, dərhal  yerinizdən qalxıb güzgüyə baxın və özünüzə bu sualı verin: Varamsa, niyə yoxam?

Əgər axtarış nəticəsində haqqınızda məlumatlar çıxırsa, onların hazırki iş yeriniz, peşəniz, qısamüddətli və uzunmüddətli məqsədlərinizlə nə qədər uyğun gəlib-gəlmədiyini yoxlayın. Haqqınızda çıxan nəticələri müxtəlifliyinə, kontentin növlərinə (foto, video, mətn, audio) görə də dəyərləndirməyi unutmayın. Çünki axtaran insanların məlumatları istehlak etmə vərdişləri müxtəlifdir. Kimsə dərhal foto nəticələrinizə baxır, kimsə video müsahibələrinizi izləyir, kimsə də məqalələrinizi, müsahibələrinizi oxuyur. Haqqınızda başqalarının yazdığı, paylaşdığı rəyləri, xəbərləri də unutmayın. Bir çox insanlar sizi tanımaq üçün gözəl fotolarınıza baxmaqdansa, dərhal digər müştərilərin (pasientlərin və s.) sizinlə bağlı yazdığı rəylərlə tanış olmağa üstünlük verirlər. Araşdırmalar göstərir ki, artıq alıcıların 81%-i qərar verməzdən əvvəl axtarış edir. Onların 78%-i onlayn nəticə və rəylərə inanır. Digər diqqət yetirməli olduğunuz vacib məqam axtarış platformaları ilə bağlı ortaya çıxan nəticələrinizin şəxsi, özünüzə aid kommunikasiya kanalları ilə əlaqəsidir. Yəni sizi ilk dəfə axtaran insan ümumi nəticələrdən şəxsi profillərinizə (Facebook, İnstagram, Bloq, Linkedin və s.) keçid edə bilməli və sizi özünüzə aid mənbələrdən tanımağa başlamalıdır. Qısaca, onlayn reputasiya düzgün qurulmadan uğurlu bir şəxs, marka və ya şirkət olmaq dövrü geridə qalır. Bəs siz axtarılmağa hazırsınızmı?

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Axtarılarkən tapılmaq vacibdirsə, axtaranları düzgün qarşılamaq ondan da vacibdir!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: