PR

Strateji kommunikasiya zamanı trendin idarə olunmasının növləri

Strateji kommunikasiya zamanı və ya ümumiyyətlə informasiya mühitində trendin idarə olunmasının 3 növü var. Bunlar trendə qoşulmaq, trendi oğurlamaq və trendi yaratmaqdır.
Trendə qoşulmaq- Adından da göründüyü kimi, artıq yayılmaqda olan və müzakirə edilən top mövzularla bağlı kontent yaradıb paylaşmaqdan ibarət olur. Trenddə olan mövzuları müəyyən etmək adətən ümumi gündəmi izləmək, bundan əvvəl trend mövzuları yaradan mənbələri araşdırmaq və ya texniki alətlər vasitəsi ilə aparılır. Ölkəmizdə kontent yaradan tərəflər əsasən bu istiqamətə üstünlük verir.
Trendi oğurlamaq- Artıq trenddə olan və müzakirə edilən mövzulara qoşulmuş auditoriyaları başqa məqsədlə yaradılmış kontentlərə cəlb etməklə baş verir. Rəqəmsal mühitdə daha çox texniki üsullarla aparılan bu prosesin sürətli baş verməsi üçün botlar, trollar və digər vasitələrdən istifadə edilir. Beləliklə trenddə olan hər hansı bir mövzu ilə bağlı axtarılan açar sözlərdən, həştəqlərdən istifadə edilərək auditoriyalar fərqli kontentlərə yönləndirilir.
Trendi yaratmaq – Digər ikisindən daha çətin prosesdir və analitik rəsurslar tələb edir. Burada artıq müzakirə edilən mövzular deyil, müzakirə olunmasına tələb olan, ehtiyac duyulan məsələlər müəyyən edilir və onların ətrafında kontentlər yaradılır. Yaradılan kontentlərin trendə çevrilməsi üçün kommunikasiya edilən ərazidə yaşayan insanların məlumatları istehlak etmə vərdişləri dəqiq müəyyən edilir.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Strateji kommunikasiya zamanı trendin idarə olunmasının növləri

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: