PR

Yerli TV kanallarına sərf edilən yeni investisiyalar TV izləməyən auditoriyaları cəlb edəcəkmi?

Rəqəmsal mühitin sürətli inkişafı müxtəlif cəmiyyətlərin insanlarına müxtəlif cür təsir edir. Təsir dedikdə əsasən insanların informasiyaları istehlak etmə (qəbul etmə) vərdişlərindən danışıram. Məsələn, bəzi cəmiyyətlərdə gənc və orta nəsillər informasiyaya olan tələbatını ödəmək üçün bilavasitə sosial şəbəkələrə üz tutub, ənənəvi məlumat mənbələrindən imtina edirlərsə, bəzi cəmiyyətlərdə ənənəvi media öz aktuallığını qorumaqdadır. Nümunə olaraq əksər ölkələrdə qəzetə təlabatın kəskin azalmasına baxmayaraq, İtaliyada hələ də bu mediaya marağın yüksək olmasını göstərə bilərik. Əksər ölkələrdə qlobal sosial şəbəkələr istifadə edilirsə, Çində isə qlobal şəbəkənin yerli versiyaları daha məşhurdur. Digər araşdırmalar onu göstərir ki, senzura olan ölkələrdə insanlar xəbərləri açıq paylaşmaqdansa, Messenger və ya WhatsApp qruplar vasitəsi ilə tanıdıqları insanlarlar arasında paylaşmağa üstünlük verirlər. Yeri gəlmişkən bu tip qruplar da əsasən 3 yerə bölünür: 1) Dostlarla olan qruplar, 2) Qohumlarla olan qruplar, 3) İş yoldaşları ilə olan qruplar.

Müxtəlif ölkələrdə insanların informasiyaları istehlak etmə vərdişlərinin müxtəlif cür inkişaf etməsi həmin ölkələrin geosiyasi mövqeyindən, iqtisadi, sosial, intellektual vəziyyətindən, adət-ənənələrindən, hətta cəmiyyətinin kollektivist və ya individualist olmasından belə asılıdır.

Məsələn, araşdırmalarımız onu göstərir ki, bizim ölkədə YouTube vasitəsi ilə müddəti 1 saatdan çox olan videoları izləməyə üstünlük verən əhalinin əksəriyyəti 50 yaşdan yuxarı olan insanlardır. Bu, onların əvəllər və ya indi uzunmüddətli TV verilişləri izləmək vərdişlərinin olmasından irəli gəlir. Yeri gəlmişkən, regionlarımızda evə cehiz kimi gətirilən Smart TV-lər, sonradan nəvələrin başını qatmaq üçün qoşulan cizgi filmlər (əsasən türk dilində) və ya seriallar yaşlı nəsli YouTube-a cəlb edən maraqlı adətlərdəndir.

Bu mövzuya toxunmağımın səbəbi son günlərdə yerli TV kanallara sərf olunduğu müşahidə edilən yeni investisiyaların yaxın 5 ildə nə dərəcədə səmərəli olub-olmayacağı barədə düşünməyimdir. Fikrimcə, yerli TV kanallar daha yaxşı və ya cəlbedici olmaqla, yalnız mövcud TV auditoriyası (yaş 45+ və əsasən regionlar) uğrunda rəqabət aparırlar və TV izləməyən digər auditoriyaları özlərinə cəlb etmirlər/etməyəcəklər. Yeni proqramların küçə reklamları, yeni loqo və digər marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir, onların davranışlarını dəyişmir, sadəcə müvəqqəti söhbət (conversation) yaradır.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Yerli TV kanallarına sərf edilən yeni investisiyalar TV izləməyən auditoriyaları cəlb edəcəkmi?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: