PR

Saxta xəbərlər digər xəbərlərdən 6 dəfə sürətlə yayılır

Məlumatların, xəbərlərin və qeyri-müəyyən mənbələrin sürətlə artdığı, dəyişdiyi dövrdə yaşayırıq və insanların qarşılarına çıxan xəbərlərin hansının doğru, hansının yanlış olduğunu yoxlamağa əksər hallarda fürsətləri olmur. Bununla yanaşı, belə yanlış məlumatlar istər onlayn mühitdə, istərsə də real həyatda insanlar arasında sürətlə paylaşılır. A aldığı yanlış xəbəri B-yə ötürür, B həmin məlumatı öz qavradığı formada və ya təhrif edilmiş formada C-yə ötürür və beləliklə mənbəsinin izini itirmiş saxta xəbər dövriyyəyə buraxılır. Saxta xəbərlər digər xəbərlərdən 6 dəfə daha sürətlə yayılır və bu, əsasən sosial şəbəkələrdə baş verir. Araşdırmalar onu göstərir ki, insanlar bir mövzu ətrafında bir dəfə inandıqları mənbələrin məlumatlarına növbəti dəfələrdə daha çox etibar edirlər və həmin mənbənin başqa mövzularda da fikirlərini qəbul etməyə başlayırlar. Saxta xəbər mənbələri, bot saytlar və trol ekspertlər də insanların bu xüsusiyyətlərini nəzərə alıb uzun müddət doğru xəbərlər, məlumatlar paylaşaraq kamuflaj olunurlar. Saxta xəbərlərin qurbanı olmamaq və belə məlumatları paylaşmamaq üçün özümüzdə daima fakt yoxlama bacarıqlarını inkişaf etdirməliyik. Bunun üçün qarşıya çıxan şübhəli məlumatların mənbələrini dəfələrlə yoxlamaq lazım olur. Araşdırmalarımız onu göstərir ki, ölkəmizdə sosial durumu aşağı olan əhalinin əksəriyyəti nəinki araşdırmaq, hətta internet trafikinə qənaət etmək məqsədi ilə sosial şəbəkələrdə rastlaşdıqları xəbərlərin linklərinə keçid etmir, xəbərin başlığında verilən məlumatlarla kifayətlənirlər.

Anar Askerov is a PR expert with more than 10 years’ experience. He is a founder and CEO of INPRESS PR Solutions. As a PR expert, he is more focused on using modern tools to help his clients to control their messages, build true industry influence and protect their name or brand in the world of new media.

0 comments on “Saxta xəbərlər digər xəbərlərdən 6 dəfə sürətlə yayılır

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: